2016-cı il sentyabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyasında böyük Azərbaycan və İran şairi Məhəmmədhüseyn Şəhriyara həsr olunmuş konfrans keçirildi. Konfransda Azərbaycan və İran alimləri, o cümlədən, rəsmi şəxslər iştirak edirdilər.
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı Şəhriyarın sənətkarlığı, Səməd Vurğunla M.Şərhiyarın yaradıclığındakı bənzərliklər barədə çıxış etdi. Professor İsaxanlı tədbirdə öz şeirlərini də oxudu.