ERASMUS + Key Action 2 – Ali təhsildə bacarıqların inkişafı sahəsində layihələrin nəticələrində Xəzər Universiteti qrant qazanmış 147 Universitet sırasına daxil edilmişdir. Layihə Azərbaycan Universitetlərində Öyrənmə və Təlimin Təkmilləşdirilməsi adlı layihə qrantı qazanmışdır. Azərbaycandan və Avropadan 14 tərəfdaşı olan layihənin xüsusi məqsədləri (1) Öyrənmə və Təlim prosesinin pedaqoji və texnoloji ehtiyaclarını ödəmək üçün İnsan kapitalının İnkişaf etdirilməsi və (2) İnnovativ texnologiya, tədqiqatın, fəal öyrənmənin və Avropa universitetləri ilə uzunmüddətli münasibətlərin qurulması vasitəsilə Keyfiyyətli Öyrənmə və Təlimin inkişaf etdirilməsi və təmin edilməsidir.
Üç illik layihə 9 Azərbaycanlı və 5 avropalı tərəfdaşın yaxın iştirakı ilə tərtib olunmuş və 908, 623.00 Avro məbləğində qrantı qazanmışdır. Layihənin birbaşa benefisiarları PhD tələbələr, tədqiqatçılar, professor-müəllim heyətidir.
Azərbaycanlı tərəfdaşlar
1. Xəzər Universiteti – layihə koordinatoru
2. Naxçıvan Dövlət Universiteti
3. Gəncə Dövlət Universiteti
4. Sumqayıt Dövlət Universiteti
5. Bakı Slavyan Universiteti
6. Qafqaz Universiteti
7. Azərbaycan Dövlət Pedagoji Universiteti
8. Azərbaycan Universiteti
9. Azərbaycan Respublikası Təhsil Nazirliyi
Avropa tərəfdaşları
1. Jyvaskala Universiteti, Finlandiya
2. Mərkəzi Avropa Universiteti, Macarıstan
3. Valensiya Universiteti, İspaniya
4. Vyana Tətbiqi Elmlər Universiteti, Avstriya
5. Qazi Universiteti, Türkiyə
Əlavə məlumatı aşağıdakı internet səhifəsindən əldə edə bilərsiniz: https://eacea.ec.europa.eu/sites/eacea-site/files/cbhe_2016_results_by_region.pdf