İyulun 5-də Xəzər Universitetinin rektoru Hassan Niknafsın sədrliyi ilə universitet Elmi şurasının növbəti iclası keçirildi. İclasın gündəliyinə əsasən məzunluq haqqında fakültə dekanları Elza Səmədova, Cabir Xəlilov,Hassan Niknafs və dekan müavini Fuat Rəsulovun,2016-2017-ci tədris ili üçün hazırlıq haqqında prorektor Məhəmməd Nuriyevin, metodik vəsaitlərin nəşrə tövsiyə olunması haqqında universitetin Magistratura, doktorantura və elmi işlər bölməsinin müdiri Eldar Şahgəldiyevin məlumatları dinlənildi və müvafiq qərarlar qəbul edildi.
Elmi Şurada cari dərs ilinin yekunlarına görə bir qrup əməkdaşa təşəkkür elan olundu.