2016-cı il iyunun 10-da Xəzər Universitetində təşkil olunmuş “Potensial məktəb direktorları üçün təlim” layihəsi çərçivəsində iştirakçılar üçün “İdarəetmə” mövzusunda keçirilən seminarların ilk qonağı Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı oldu.
Professor İsaxanlı iştirakçılar üçün “Təhsildə idarəetmə: Nəzəriyyədən praktikaya” adlı mühazirə ilə çıxış etdi. O, həmçinin Xəzər Universitetinin yaradılmasından, bu yolda yaşanan uğurlu və çətin təcrübəsindən danışdı.
Seminarın sonunda H.İsaxanlı iştirakçıların suallarını cavablandırdı və xatirə şəkilləri çəkildi.