2015-ci ilin sonlarında Xəzər Universiteti Tarix və arxeologiya departamentinin müəllimi Ələkbər Ələkbərovun “Babək (Xürrəmi hərəkatının səbəblərinə, qəhrəmanın mənşəyinə dair)” adlı kitabı çap olunmuşdur. Kitab tarixi şəxsiyyət, Xürrəmi hərəkatının liderlərindən biri olan Babək Xürrəmdinə həsr edilmişdir.