2016-ci il iyunun 18-də “Əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” (ESFİDİP) Tempus layihəsinin rəhbəri Rima Məmmədova “Potensial məktəb direktorlarına məktəbin idarə edilməsi üzrə təlim kursları”nın iştirakçılarına “Əlilliyi olan şəxslərlə 360 dərəcə ünsiyyət” adlı seminar keçirdi. Seminar zamanı R.Mammadova iştirakçılara ESFİDİP layihəsi, əlillik və qanunvericilik, inkluziv təhsil və əlilliyi olan şəxslərlə ünsiyyət, davranış və etik qaydalar haqqında məlumat verdi və mövzuya uyğun vörkşop keçirildi və videoya baxıldı.
Tədbirdə təxminən 20 nəfər orta məktəb direktoru və müəllim iştirak edirdi.