2016-cı il iyunun 19-da Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı və onu müşaiyət edən elm və təhsil adamları Quba şəhərində Soyqırım Muzeyini ziyarət etdilər. Muzeyin qurulmasında iştirak etmiş Tarix elmləri doktoru Solmaz Tohidi və muzeyin direktoru Səidə Abbasova muzeyin tarixi, eksponatları və inkişafı barədə geniş məlumat verdilər.