2016-cı il iyunun 17-də Xəzər Universitetində akademik departamentlərin elmi fəaliyyəti üzrə reytinqinin müəyyənləşdirilməsinin nəticələri ilə əlaqədar görüşkeçirildi. Görüşdə fakültə dekanları, departament müdirləri və professor-müəllim heyəti iştirak edirdilər.
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı görüşü açaraq, nüfuzlu beynəlxalq jurnallarda tədqiqat nəticələrinin çap olunması əhəmiyyətini qeyd etdi.
Sonra universitetin Keyfiyyətin Təminatı Mərkəzinin direktoru Lyudmila Sotova reytinqin nəticələri və diqqət yetirilməsi zəruri olan məsələlər haqqında məlumat verdi.
Qeyd edək ki, 18 akademik departament 8 göstərici üzrə araşdırmaya cəlb edilmişdi.
Qiymətləndirməyə əsasən ən yüksək nəticə Riyaziyyat departamentində əldə olunmuşdur.
Xəzər Universitetinin akademik departamentlərinin elmi fəaliyyəti üzrə reytinq nəticələri aşağıdakı kimi olmuşdur:
Sıra |
Departamentin adı |
1 |
Riyaziyyat |
2 |
Bioloji Elmlər |
3 |
Coğrafiya və ətraf mühit |
4 |
Mədəniyyət və dillər |
5 |
Kimya |
6 |
Psixologiya |
7 |
Neft mühəndisliyi |
7 |
Jurnalistika |
7 |
Siyasi elmlər və beynəlxalq münasibətlər |
8 |
Təhsil |
9 |
İqtisadiyyat və menecment |
10 |
İngilis dili və ədəbiyyatı |
11 |
Azərbaycan dili və ədəbiyyatı |
12 |
Hüquq |
13 |
Kompüter elmləri |
14 |
Tarix və arxeologiya |
15 |
İnşaat mühəndisliyi |
16 |
Elektronika və telekommunikasiya |