2016-ci il iyunun 14-də QS təşkilatı tərəfindən 2016-cı il üçün İnkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya ölkələrinin ən yaxşı universitetlərinin illik reytinqi müəyyənləşdirilmişdir.
Reytinq siyahısına aşağıdakı İnkişaf etməkdə olan Avropa və Mərkəzi Asiyadan olan 21 ölkənin ən yaxşı 200 ali təhsil müəssisəsinin adı daxil edilmişdir: Azərbaycan, Albaniya, Belarus, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Çexiya, Estoniya, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Polşa, Rumıniya, Rusiya, Serbiya, Slovakiya, Sloveniya, Türkiyə və Ukrayna.
Keçən illə müqayisədə reytinqdə bu il Azərbaycandan 6 ali təhsil müəssisəsi iştirak edib. Həmin ali məktəblərin adı ən yaxşı 200 universitet sırasına daxil edilmişdir. Reytinq siyahısına görə, Xəzər Universiteti 51,9 xalla 68-ci yeri tutub. Reytinqə qatılan digər Azərbaycan universitetlərindən –Bakı Dövlət Universiteti 46 xalla 88-ci, Qafqaz Universiteti 45,9 xalla 89-cu, Azərbaycan Dillər Universiteti 121-130, Azərbaycan Dövlət İqtisadiyyat Universiteti 150-200, ADA Universiteti isə 150-200-cü yeri tutub.
Ətraflı məlumatı bu link vasitəsilə əldə etmək olar: