“Xəzər”in əməkdaşının məqaləsi Almaniyada çap olundu
Xəzər Universitetinin
Siyasi elm və beynəlxalq münasibətlər departamentinin müəllimi və doktorantı Elsevər Məmmədovun məqaləsi
Almaniyanın “Nomos” nəşriyyatı tərəfindən “Caucasus,
the EU and Russia –Triangular Cooperation?” kitabında nəşr edilmişdir. “Şərq Tərəfdaşlığı və digər proqramlar çərçivəsində
Avtopa Birliyi (AB)-Azərbaycan əməkdaşlığı: Azərbaycanın xarici siyasət
perspektivindən baxış” adlı məqaləsində Elsevər Məmmədov AB ilə münasibətləri,
xüsusilə Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlığı
Azərabaycanın xarici siyasət prizmasından təhlil etmişdir. Məqalədə AB ilə
münasibətlər kontekstində Azərbaycanın xarici siyasət məqsədləri, eləcə də
AB-nin bu proqramlar çərçivəsində Azərbaycandan gözləntiləri və Azərbaycanın həmin
gözləntilərə baxışı tədqiq olunur.