2016-cı il iyunun 12-də Şəmkir şəhərində “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinin və Xəzər Psixoloji Xidmət Mərkəzinin birgə təşkilatçılğı ilə “Düzgün ünsiyyət qurma yolları və bədən dili” mövzusunda psixoloji seminar keçirildi. Seminarın mövzusu ilə bağlı iştirakçıları məruzəçi, uzman psixoloq Mələk Kərimova məlumatlandırdı.
Seminarda müəllimlər, valideynlər, şagirdlər, psixoloqlar aktiv iştirak etdilər və onları maraqlandıran suallar cavablandırıldı.
Seminarın sonunda iştirakçılar sertifikatla təltif olundular.