2016-cı il iyunun 11-də Xəzər Universiteti Coğrafiya və ətraf mühit departamentinin təşəbbüsü ilə coğrafiya ixtisası üzrə təhsil alan tələbələri üçün seminar keçirildi.
Seminara “İnkişaf zamanıdır” (Time to rise) proqramının əməkdaşları Namaz Kərimov və Fəqan Hüseynov dəvət edilmişdilər. Tələbələrə “Stereotiplər və diskriminasiya” mövzusunda seminar keçirildi.
Seminarda əsasən bu il coğrafiya ixtisası üzrə məzun olacaq tələbələr iştirak edirdilər.