2016-cı il mayın 21-dən 28-dək Xəzər Universitetində fəaliyyət göstərən Avrasiya Bilik Mərkəzinin “Təbii sərvətlərdən davamlı inkişafa doğru” mövzusunda təşkil etdiyi təlim uğurla başa çatdı.
Yeddi ölkənin –Azərbaycan, Gürcüstan, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Monqolustan və Tacikistanın elmi-tədqiqat institut və universitetləri, dövlət qurumları, media mənsublarının və eləcə də, vətəndaş cəmiyyəti təmsilçilərinin 25 nümayəndəsinin iştirak etdiyi təlim iştirakçılar tərəfindən böyük diqqət və maraqla qarşılandı. Təlimin sonuncu günü iştirakçılara xüsusi sertifikatlar və Xəzər Universitetinin hədiyyələri təqdim olundu.