2016-cı il mayın 25-də Xəzər Universiteti Tarix və arxeologiya departamentində “Azərbaycan arxeologiyası” jurnalının redaksiya heyətinin iclası keçirildi. İclasda “Azərbaycan arxeologiyası” jurnalının 2016-cı il № 1 cildi üçün hazırlanan məqalələrin keyfiyyəti haqqında ətraflı müzakirələr aparıldı. İclasda “Azərbaycan arxeologiyası” jurnalının baş redaktoru professor Qüdrət İsmayılzadə, redaksiya heyətinin üzvləri: tarix elmləri doktoru Tarix Dostiyev, tarix elmləri namizədi –Bəhlul İbrahimli, tarix elmləri namizədi Roza Arazova və departamentin müəllimi Orxan Zamanov iştirak etdilər.