2016-cı il mayın 23-də Xəzər Universiteti Beynəlxalq Əlaqələr Şöbəsinin işçi heyəti Bakıdakı Hindistan səfirliyinin təşkil etdiyi naharda iştirak etdi. Bu yığıncaqda bir çox yerli universitetlərin nümayəndələri bir araya gəldilər.
Hindistanın səfiri cənab Sanjay Rana qonaqları salamladı və tədbirin vacibliyini vurğuladı. O, əvvəl bir çox yerli universitetlərdə olduğunu və səfirliyin Hindistandakı universitetlər və təşkilatlarla yerli universitetlər arasında gələcək əməkdaşlığı müzakirə etmək üçün bütün nümayəndələri bir araya gətirmək qərarına gəldiyini qeyd etdi.
Hindistanın səfiri cənab Sanjay Rana 2016-cı il fevralın 4-də Xəzər Universitetində olmuşdur.