2016-cı il mayın 24-də Xəzər Universitetində fəaliyyət göstərən Avrasiya Bilik Mərkəzi “Neft qiymətlərinin düşməsi və iqtisadi islahatlar: çağırışlar və imkanlar” mövzusunda forum keçirdi.
Forumda Azərbaycan, Rusiya və Qazaxıstanın tanınmış ekspertləri hazırda dünya bazarında hökm sürən proseslərin adı çəkilən ölkələrin makroiqtisadi vəziyyətinə təsirləri ilə bağlı təqdimatlar etdilər.
Tədbirdə doqquz ölkənin –Azərbaycan, Albaniya, Rusiya, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Gürcüstan, Monqolustan və Tacikistanın elmi-tədqiqat institut və universitetləri, dövlət qurumları, səfirliklər, media mənsubları və eləcə də, vətəndaş cəmiyyəti təmsilçiləri iştirak edirdilər. Forumda mövzu ilə bağlı fikir mübadiləsi aparıldı.