2016-cı il mayın 19-da “Xəzər Humanitar və Sosal Elmlər Jurnalı”nın redaktor müavini Xəyalə Məmmədova Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin dekanlığı tərəfindən fakültənin müəllim və işçi heyətinə “Beynəlxalq jurnallar üçün elmi məqalənin yazılması və jurnala təqdim edilməsi qaydaları haqqında” seminar təşkil etmək üçün dəvət edilmişdi.
Təxminən 2 saat davam edən seminarda beynəlxalq jurnalların tələblərinə uyğun məqalənin hazırlanma qaydaları ilə yerli elmi jurnallara təqdim edilən elmi məqalələr arasında müqayisəli təhlil aparılaraq, aşkar olunan problemlər analiz edildi. Elmi məqaləni tələblərə uyğun hazırlamaqdan əvvəl, düzgün beynəlxalq jurnalı seçmə yolları haqqında seminar iştirakçıları geniş məlumatlandırıldı.
Xəyalə Məmmədova seminarda “Xəzər və Humanitar Sosial Elmlər Jurnalı”nın bugünkü nailiyyətləri haqqında təqdimat etdikdən sonra seminar iştirakçılarının mövzu ilə əlaqədar bütün suallarını cavablandırdı.