2016-cı il mayın 12-dən 14-dək Türkiyənin Kastamonu Universitetində Azərbaycan Turizm və Menecment Universiteti ilə birlikdə “I Millətlərarası Türkiyə-Azərbaycan münasibətləri simpoziumu” adlı tədbir təşkil olunmuşdu.
Simpoziumda Türkiyə və Azərbaycanın müxtəlif universitetlərindən alim və tədqiqatçıları iştirak edirdilər. Xəzər Universiteti Dillər və mədəniyyətlər departamentinin müəllimləri f.f.d. Zivər Hüseynli və i.f.d. Elnurə Əzizova da həmin simpoziuma dəvət olunmuşdular. Z.Hüseynli “Türkiyədə Güney Azərbaycan şairləri”, Elnurə Əzizova isə “Geleneksəl və modernin qovşağında (və ya ümmətdən millətə keçiş dövründə) Azərbaycanda Türk-Müsəlman kimliyinin meydana çıxmasnda Türkiyənin təsiri: “Füyuzat” jurnalı (1906-1907) nümunəsində” adlı məruzələri ilə çıxış etdilər.
Simpoziumun sonunda iştirakçılara sertifikat və hədiyyələr təqdim edilmişdir.