2016-cı il mayın 16-da Xəzər Universitetinin Təhsil fakültəsinin tələbələri Tarix və arxeologiya departamentinin müdiri Roza Arazova xanımın rəhbərliyi ilə Milli Azərbaycan Tarix Muzeyində “Azərbaycan multikulturalizm: tarixi, mahiyyəti və əsas xüsusiyyətləri” mövzusunda seminarda iştirak etdilər. Tələbələr seminarda Azərbaycanda multikulturalizm siyasətinin baxış və inkişafı haqqında məlumat əldə etdilər. Seminarda Azərbaycan Respublikasının Millətlərarası, Multikulturalizm və Dini Məsələlər üzrə Dövlət müşaviri xidmətinin əməkdaşı Rəvan Həsənov “Multikulturalizmin mahiyyəti və hüquqi əsasları” adlı məruzə ilə çıxış etdi. Həmçinin, seminarda “Xarici əlaqələr və elmi-kütləvi işlər şöbəsi”nin əməkdaşları da mövzu üzrə çıxış etdilər.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı ili Multikulturalizm ili elan etməsi ilə əlaqədar olaraq, Milli Azərbaycan Tarixi Muzeyində multikulturalizm mövzusunda seminarlar keçirilir.