2016-ci il mayın 13-də “Əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” (ESFİDİP) Tempus layihəsi çərçivəsində Xəzər Universitetinin tələbələri üçün “Əlilliyi olan tələbələrlə 360 dərəcə ünsiyyət” adlı təlim-seminar keçirildi. Təlim-seminar zamanı Xəzər Universitetinin “Əlilliyi olan Tələbələr üçün Mərkəz”in könüllüsü Günel Qurbanova (Humanitar və sosial elmlər fakültəsi) tələbələrə əlillik, əlilliyi olan tələbələrlə etik davranış və düzgün ünsiyyət, inkluziv təhsil, “Əlilliyi olan Tələbələr üçün Mərkəz” və könüllülük haqqında geniş məlumat verdi.
Layihə rəhbəri Rima Məmmədova iştirakçılara ESFİDİP layihəsi haqqında geniş məlumat verdi.
Təlim-seminarda 24 nəfər tələbə iştirak etdi. Tələbələrlə müxtəlif vorkşoplar və müzakirələr aparıldı.