2016-cı il mayın 11-dən 14-dək Xəzər Universitetinin müəllimi Araz Aslanlı Türkiyə Respublikasında keçirilən elmi tədbirlərdə iştirak etmişdir. A.Aslanlı mayın 11-də Ankaradakı Gazi Universitetinin Strateji Araşdırmalar Mərkəzi (GAZİSAM) tərəfindən “Türkiyə-Rusiya gərginliyi və regional təsirləri” mövzusunda təşkil olunan elmi konfransda iştirak etmişdir. Araz Aslanlı elmi tədbirdə “Türkiyə-Rusiya gərginliyində Cənubi Qafqaz ölkələrinin mövqeyi” mövzusunda məruzə ilə çıxış etmişdir.
Mayın 12-də A.Aslanlı Ankarada Təbriz Araşdırmaları İnstitutu tərəfindən günün ikinci yarısında təşkil olunan “Ermənistan-Azərbaycan cəbhə xəttindəki son proseslər və İranın Qarabağ probleminə dair siyasəti” adlı elmi konfransda iştirak və məruzə ilə çıxış etmişdir.
Araz Aslanlı mayın 13-də Türkiyənin Kastamonu şəhərində Azərbaycan Turizm Universiteti və Kastamonu Universiteti tərəfindən birgə təşkil olunan I Beynəlxalq Türkiyə-Azərbaycan Münasibətləri Simpoziumunda “Azərbaycan-Türkiyə hərbi münasibətləri” adlı məruzə ilə çıxış etmişdir.