“Zəkalar” liseyinin şagirdləri Xəzər Universitetində oldular
2016-cı il mayın 11-də Xəzər Universitetində 287 saylı “Zəkalar” liseyinin XI sinif şagirdləri ilə görüş keçirildi. Görüşü Xəzər Universitetinin rektoru Dr. Hassan Niknafs açaraq Xəzər Universiteti və universitetdəki qurumlar haqqında geniş məlumat verdi. İqtisadiyat və menecment fakültəsinin dekanı professor İnqilab Əhmədov, Himanitar və sosial elmlər fakültəsinin dekanı dosent Cabir Xəlilov çıxış edərək, fakültədə olan ixtisaslar haqqında məlumat verdilər. Pakistan, Zimbabve, Yəmən və Kamerundan olan xarici tələbələr Xəzər Universiteti və Azərbaycan haqqında xoş fikirlərini şagirdlərə söylədilər və şagirdlərin suallarını cavablandırdılar. İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli “Zəkalar” liseyinin şagirdlərini universitetin laboratoriyaları, Kitabxana-İnformasiya Mərkəzi, Psixologiya Mərkəzi, İnşaat mühəndisliyi laboratoriyası digər yerlərlə ilə tanış etdi.
Sonda universitetin yeməkxanasında çay süfrəsi ətrafında şagirdlərlə maraqlı söhbət oldu, xatirə şəkilləri çəkildi.