2016-cı il mayın 4-də Xəzər Universitetində İnşaat mühəndisliyi departamenti tərəfindən 3-cü “Milli Spaghetti körpü” müsabiqəsi keçirildi.
Körpüləri müsabiqədən bir gün əvvəl komitə tərəfindən qəbul edilmiş Xəzər Universiteti və Bakı Ali Neft Məktəbinin ümumilikdə üç qrupu bir-biri ilə yarışdı.
Körpülərin maksimum yükgötürmə qabiliyyəti onlara ağırlıq əlavə olunaraq qırılma anına qədər götürdüyü yük qiymətləndirilir, qalib komanda körpünün götürdüyü maksimum yükün körpünün öz çəkisinə olan nisbəti əsasında seçilirdi.
Nəticədə, qalib körpü 24 nisbəti ilə Xəzər Universitetinin “Action körpüsü” oldu.