2016-cı il mayın 7-dən başlayaraq, Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müdiri Roza Arazova və departamentin müəllimləri A.Aslanlı, X.Balayev, G.Novruzova, Ü.İbrahimova, Ə.Ələkbərov Azərbaycan Tarixi Muzeyinə “muzey günləri” elan etdilər. Təhsil fakültəsinin, Mühəndislik və tətbiqi elmlər fakültəsinin tələbələri Azərbaycan tarixi fənninin bir dərsini Azərbaycan Tarixi Muzeyində keçdilər. Muzeydə tələbələr Şah İsmayıl sərgisi ilə tanış oldular. Muzey tələbələrdə maraq doğurmuşdur.
Muzey günləri 2 həftə boyunca dəvam edəcək.