2016-cı il mayın 14-dən 22-dək Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı ilə bərabər, universitetin kamera orkestri, oğlanlardan və qızlardan ibarət rəqs qrupları və solistlərin təmsil olunduğu 48 nəfərlik heyət Kahramanmaraş Sütçü İmam Universitetinin rektoru professor Dr. Durmuş Devecinin dəvətilə Kahramanmaraş şəhərində (mayın 14-dən 18-dək) və Giresun Valisi və Bələdiyyə Başqanın dəvətilə orada keçiriləcək Giresun AKSU Festivalında iştirak etmək üçün Türkiyə Respublikasında səfərdə olacaqlar.
Kahramanmaraş və Giresunda keçiriləcək tədbirlərlə bağlı geniş məlumat veriləcək.