Təlim kursu uğurla davam edir
Xəbər verdiyimiz kimi, Xəzər Universitetinin həyata keçirdiyi “Potensial məktəb direktorlarına məktəbin idarə edilməsi üzrə təlim kursları” layihəsi üzrə sayca dördüncü olub, aprelin 2-də universitetin “Neftçilər” kampusunda başlanmış kursun təlimləri uğurla davam edir.
Təlimin əsas məqsədi ölkədəki yeni təhsil strategiyasına və təhsil islahatına uyğun olaraq məktəb direktorlarının və gələcəkdə busahədə fəaliyyət göstərmək istəyən təhsil işçilərinin bilik və bacarıqlarını artırmaq, onları dünyadakı səmərəli idarəetmə təcrübəsi ilə tanışetməkdir. Bu məqsədlə təlimlər 8 (Kurikulumun tətbiqi və idarəedilməsi, Təhsilin idarə olunması, Statistika və məlumatların təhlili,Maliyyə və mühasibat uçotu, Qanunvericilik və təhsil hüququ, Təhsil psixologiyası, Psixometrika, İKT) fənn üzrə həftədə 3 gün 12 saatolmaqla, 12 həftə davam edəcək.
Universitetin Multimedia mərkəzi tərəfindən kursun məşğələlərindən yeni çəkilmiş fotoşəkilləri təqdim edirik.