2016-cı il mayın 4-də Xəzər Universiteti Magistratura, doktorantura və elmi işlər bölməsinin təşkilatçılığı ilə “Thomson Reuters” təşkilatının Moskva filialının Təlim Proqramları üzrə bölməsinin rəhbəri Valentin Bogorov və “Thomson Reuters”-in Azərbaycandan olan əməkdaşı Aygün Babazadənin universitetin əməkdaşları ilə görüş keçirildi. Görüşdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, universitetin rektoru Dr. Hassan Niknafs, Magistratura, doktorantura və elmi işlər bölməsinin müdiri Eldar Şahgəldiyev, İnkişaf Mərkəzinin direktoru Raziyə İsayeva, Keyfiyyətin Təminatı Mərkəzinin direktoru Lyudmila Sotova, fakültə dekanları və departament müdirləri iştirak edirdilər.
Valentin Bogorov “Thomson Reuters” təşkilatı haqqında təqdimat etdi və Xəzər Universitetinin bu təşkilatın məlumat bazasına qoşulma məsələləri müzakirə edildi.
Görüşdə, həmçinin, gələcək əməkdaşlıq məsələləri müzakirə olundu və Valentin Bogorov iştirakçıların suallarını cavablandırdı.