2016-cı il mayın 6-da Xəzər Universiteti Karyera Mərkəzinin təşkilatçılığı ilə Karyera sərgisi keçirildi. Sərgi saat 11:00-dan 14:00-a kimi davam etdi. Sərgidə Azercell Telecom LLC, Ders Evi by Gilan Holding, Central Bank of Azerbaijan, AIESEC, Kaspi Education Company, Fireworks HRM Company, EF Education First, Ernst&Young Holdings, Pasha Bank, Azercell Barama Project, YARAT Contemporary Art Space, American Councils, Azersun Holding, PwC Azerbaijan, Employ LLC, Konsis MMC, Dream Business Solutions, Halliburton Eurasia Limited, ASC “Xalq” Banki, Expressbank, A-Level Education Center şirkətləri iştirak etdilər. Həmçinin, sərgidə başqa universitetin tələbələri və məzunları da iştirak edirdilər. İştirakçılar şirkətlərin verdiyi anket formalarını doldurur və öz CV-lərini təqdim etdirdilər.
Bundan başqa, sərgidə tələbələri maraqlandıran suallar cavablandırılırdı.