2016-ci il aprelin 29-da Humanitar və sosial elmlər fakültəsinin baş laborantı Validə Kərimova (Dilşünaslıq ixtisası üzrə doktorant) və Lamiyə Hacılı (Təhsildə qiymətləndirmə və monitoronq magistrant), Qafqaz Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ilinə həsr olunmuş Gənc Tədqiqatçıların IV Beynəlxalq Elmi Konfransında iştirak etdilər. Konfransa Azərbaycan, Türkiyə, ABŞ, Böyük Britaniya, Rusiya, Çexiya, Avstriya və s. kimi ölkələrin gənc tədqiqatçıları və elm adamları öz tezisləri ilə müraciət etmişdilər. Qeyd etmək lazımdır ki, 1400-ə yaxın tezis arasından 4 dildə – Azərbaycan, türk, rus, ingilis dillərində 1100 elmi məqalə qəbul edilmişdi. Əsas hədəf müxtəlif ölkələrin elmi tədqiqatçılarını bir araya gətirməklə, elmlə məşğul olan gənclər arasında əlaqələrin qurulmasını təmin etməkdən ibarətdir.
Konfransda Validə Kərimova “Metaforanın linqvistik xarakteri” (ingiliscə), Lamiyə Hacılı isə “Ənənəvi və müasir anlamda təhsil” tezisləri ilə çıxış etdilər.
Konfransın sonunda elmi tədqiqatçılara elmi məqalələrin dərc olunduğu iki cildli kitab və sertifikat təqdim edilmişdir.