2016-cı il mayın 3-də Xəzər Universitetində 245 saylı məktəbin şagirdləri ilə görüş keçirildi. Görüşü universitetin rektoru Dr. Hassan Niknafs açaraq, şagirdləri səmimi salamlayaraq universitə haqqında geniş məlumat verdi. Tədris işləri üzrə prorektor professor Məhəmməd Niriyev fakültələr haqqında məlumat verdi. Təhsil fakültəsinin dekanı Elza Səmədova, İqtisadiyyat və menecment fakültəsinin dekanı İnqilab Əhmədov, Humanitar və sosial elmlər fakültəsinin dekanı Cabir Xəlilov, İnşaat mühəndisliyi departamentinin müdiri Tahir Çeyini, yəmənli tələbə Tareq Al-Hamidi çıxış edərək, 11-ci sinif şagirdlərinə Xəzər Universitetinin özəlliklərindən, proqramların müxtəlifliyindən danışdılar, orta məktəb şagirdlərinin çoxsaylı suallarını cavablandırdılar.
Sonra İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli məktəb şagirdlərini universitetlə tanış edərək, onlara geniş məlumat verdi. Şagirdlər Kitabxana-İnformasiya Mərkəzi, Psixologiya Mərkəzi, Avrasiya Araşdırmaları Mərkəzi, İnşaat mühəndisliyi laboratoriyası, Xalçaçılıq Muzeyi, TİKA, “Mərmər” zal və s. yerlərlə tanış oldular, Mədəniyyət Mərkəzində Kamera Orkestrinin ifasında bir neçə ifanı dinlədilər. Sonra çay süfrəsi ətrafinda görüş davam etdi. 245 saylı məktəbin nümayəndəsi Rübabə Əhmədova məktəbin rəhbərliyi adından Xəzər Universitetinin kollektivinə dərin təşəkkürünü bildirdi.
Məktəblilərlə xatirə şəkilləri çəkildi.