2016-cı il aprelin 29-dan mayın 1-dək Gəncə şəhərində Azərbaycan Texnologiya Universitetinin təşkilatçılığı ilə “Boloniya təhsil prosesində universitet-sənayə əlaqələrinin müasir problemləri” mövzusunda beynəlxalq simpozium keçirildi.
Aprelin 30-dakı plenar iclasda Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı universitet-sənaye münasibətlərinin inkişafı tarixi, Avropa və ABŞ-da universitetlərin missiyaları və texnoparklar, universitet-sənaye münasibətlərinin uğur qazanmasında universitet, sənaye müəssisələri və dövlət siyasətinin rolu haqqında məruzə etdi. H.İsaxanlı çıxışda Azərbaycan və onu əhatə edən bölgədə universitet-sənaye münasibətləri və texnoparkların problemləri haqqında da danışdı və Xəzər Universitetinin təcrübəsindən misallar göstərdi.
Tədbir media nümayəndəlikləri tərəfindən də işıqlandırılmışdır. Daha ətraflı məlumatı bu linklərdən əldə etmək olar: