2016-cı il mayın 1-də İctimai TV-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının “Elm üçbucağı” proqramının növbəti verilişi oldu. Veriliş “Paris universiteti və Avropada universitetlərin inkişaf tarixi” mövzusuna həsr olunmuşdu.
Verilişdə universitetin əməkdaşları da dinləyici qismində iştirak edirdilər.