2016-cı il aprelin 28-də Xəzər Universitetində məzunlardan ibarət işçi qrupun növbəti görüşü keçirildi. Görüşdə Xəzər Universiteti Məzunlar Assosiasiyasının Əsasnaməsi və assosiasiyanın təsis konfransının təşkili ilə bağlı məsələlər müzakirə olundu.
Xəzər Universitetinin rektoru Dr. Hassan Niknafs görüş iştirakçılarını salamladı və gündəlikdə olan məsələlərlə bağlı öz fikirlərini bildirdi. Canlı diskussiyanın gedişində fəal iştirak edən məzunlar əsasnamə ilə bağlı öz fikir və təkliflərini səsləndirdilər. Daha sonra iştirakçılar assosiasiyanın təsis konfransının təşkili ilə bağlı müzakirə apardılar. Təsis konfransının 2016-cı il iyunun birinci ongünlüyündə keçirilməsi qərara alındı və bu məqsədlə Təşkilat Komitəsi yaradıldı. Xəzər Universiteti Məzunlarla İş şöbəsinin müdiri Baba Bayramlı Təşkilat Komitəsinin sədri, məzunlardan Nigar Kərimova və Şəhriyar Məmmədov sədrin müavinləri və Nigar Cabbarova komitənin katibi seçildilər.