2016-cı il aprelin 15-dən 17-dək Xəzər Universiteti Təhsil fakültəsinin filologiya ixtisasının 3-cü kurs tələbəsi Coşqun Məmmədov (85+kq çəki dərəcəsi) əlbəyaxa döyüş növləri üzrə Gürcüstanın Batumi şəhərində Avrasiya kuboku uğrunda mübarizə aparmışdır. C.Məmmədov 1-ci turda İranlı döyüşcü (Bəhmən) ilə qarşılaşmış və qalib olmuşdur. 2-ci turda erməni əsilli gürcü ilə qarşılaşmışdır. Lakin həmin döyüşcü qarşılaşmadan imtina etmişdir. Coşqun Məmmədov Finalda iranlı döyüşcü (Haşim) ilə qarşılaşmada məğlub olaraq, 2-ci yerə layiq görülmüşdür. Qeyd etmək istərdik ki, Coşqun Məmmədov 90+kq çəki dərəcəsindədir. Bu çəki dərəcəsində döyüşcü olmadığı üçün Coşqun Məmmədov 1-ci yerə də layiq görülmüşdür.