Təbiət Elmləri və Mühəndislik fakültəsi

Azərbaycanın indiki inkişaf səviyyəsinə əsasən mövcud elm tutumlu sənaye müəssisələrində istehsal proseslərini təşkil etmək və innovativ texnologiyalarla işləmək bacarığına malik mütəxəssislərin hazırlanması, yüksək biliyə malik müəllimlərin yetişdirilməsini nəzərə alaraq, 1 fevral 2019-cu il tarixindən Təbiət elmləri və Mühəndislik fakültəsi, Mühəndislik və Tətbiqi elmlər fakültəsinin əsasında yaradılmışdır.

Mühəndislik və Tətbiqi elmlər fakültəsi 1991-ci ildə Xəzər Universiteti yarandığı vaxtdan fəaliyyətə başlamışdır. Fakültə öz fəaliyyəti dövründə müxtəlif mühəndislik ixtisasları üzrə mütəxəssislər hazırlamış və mövcud beynəlxalq standartlara uyğun tədris proqramları, dərslərinin hazırlanıb təqdim edilməsindəki keyfiyyət ilə həm ölkədə, həm də xaricdə nüfuz qazanmışdır. Hal-hazırda fakültə ali təhsilin bakalavr, magistratura və doktorantura pillələri üzrə proqramlar təklif edir.

Fakültənin professional akademik heyəti öz analitik bacarıq, yaradıcılıq və elmi tədqiqatlarından istifadə edərək, gələcəyin mühəndislərinin daha yaxşı bir dünya yaratmaları üçün onları istiqamətləndirir.

Film about Khazar University