Məqsədlər




Məqsədlər

Humanitar və Sosial elmlər fakültəsinin qeyri-ənənəvi anlamda tələbələrə təklif etdiyi proqram və kurslarına daxil olan fənn proqramlarına uyğun olaraq əsasən,

·İxtisasa uyğun olaraq aparılan araşdırmalar

·Əxlaqi və Taktiki (hərəkət tərzi) dəyərlər

·İxtisas təcrübəsində tarixi ve sosial perspektivləri

kimi sahələrdə daha dəyərli araşdırmalar aparmaq imkanı verir. Bu fakültədə ölkədə fəaliyyət göstərən digər ali təhsil mərkəzləri ilə müqayisə olunmayacaq səviyyədə Avropa və Müasir Şərq dillərinin öyrədilməsi proqramı tədris olunur. İncəsənət və Musiqi sahəsində tətbiq olunan yüksək səviyyəli proqramlar Xəzər Universitetinin bütün fakültələrində tətbiq olunmaqla yanaşı, bütün tələbələr bu sahə üzrə ən azı bir neçə kurs keçmək məcburiyyətindədir. Bu model Azərbaycanda fəaliyyət göstərən Universitetlər tərəfindən də istifadə olunmağa başlayıb. Dərslər İngilis dilində keçirilməklə yanaşı, ikinci dil kimi Ərəb və ya Fars dillərini də öyrənirlər. Bundan başqa, tələbələr Fransız, Alman, Çin, Koreya və başqa dilləri öyrənmək kimi imkanlar əldə edirlər. Humanitar və Sosial elmlər fakültəsinin proqram qaydalarına uyğun olaraq, Bakalavriat səviyyəsində İngilis dili və ədəbiyyat, Politologiya, Beynəlxalq münasibətlər, Tərcümə, Regionşünaslıq, Psixologiya və Dizayn proqramları da öyrədilir. 

Humanitar və Sosial elmlər fakültəsinin əsas məqsədləri təhsilin müxtəlif sahələrində tədqiqat aparmaq üçün təhsil siyasəti və strategiyası hazırlamaq, humanitar və sosial elmləri üzrə savadlı kadrlar yetişdirmək və onları qabaqcıl bilik və müasir tədris metodları ilə təmin etməkdir. Bilik və bacarıqların ötürülməsinə xüsusi diqqət verilir ki, bu da tələbələrimizə milli dəyər və ənənələrimizi onların gələcək tədris, elmi-tədqiqat və insanın inkişaf fəaliyyətinin ümumbəşəri dəyər və normaları ilə birləşdirməyə imkan verəcək. 


Film about Khazar University