Qonaqlar


QONAQ TƏDQİQATÇILAR


Mimi Kornazeva Bolqarıstanın Ruse Universitetində dosentdir və 1993-cü ildə Bolqarıstanda Avropa Tədqiqatlarının təsisçilərindən biridir. Onun fokuslandığı sahələr arasında Avropa  İnteqrasiyası, Avropa İttifaqında çoxsəviyyəli idarəetmə, Beynəlxalq əməkdaşlıq və Avropa layihələri, Avropa Tədqiqatları və Regional Əməkdaşlıq, Avropa Tədqiqatları və Dövlət İdarəçiliyi yer alır. BRIE (Bolqarıstan-Rumıniya Universitetlərarası Avropa Mərkəzi) direktoru olaraq Cənubi Şərqi Avropada ilk sərhəddən kənar (Bolqarıstan-Rumıniya-Almaniya)akademik strukturun yaradılması və inkişafı ilə məşğul olmuşdur. O, müxtəlif tədqiqat layihələrində iştirak etmişdir və hazırda Avropa İttifaqının transsərhəd əməkdaşlıq proqramı çərçivəsində maliyyələşdirilən BRAINS layihəsinin rəhbəridir. O, eyni zamanda, EU PHARE proqramının BRIDGE təhsil layihəsinin rəhbəri olub. Buxarest İqtisadi Tədqiqatlar Akademiyasından Fərqlənmə Diplomu alıb və Ruse Universitetinin və Alimlər Birliyinin ən yaxşı yazıya görə Kristal mükafatına layiq görülmüşdür.   


                                                                                                                                                                                                                                                                                                               

James Michalec hazırda Nyu-Yorkda Broome İctimai Kollecində (Nyu-York Dövlət Universitetinin) köməkçi professordur. O həm biznes, həm də tədris sahəsində kariyerasını qurmuşdur. Evanstonda Northwestern Universitetində İqtisadiyyat üzrə bakalavr və Binghamton Dövlət Universitetində Tədris, Tarix və Teatr üzrə magistr dərəcəsi almışdır. Nyu-Yorka köçmədən öncə Virciniya şəhərində İslam Səudiyyə Akademiyasında BB dünya tarixi, ictimai nitq, iqtisadiyyat və teatr haqqında dərslər tədris etmişdir. O həmçinin aktyordur, bir neçə qısa hekayə və əsərlərin yazıçısıdır.





Heather D. DeHaan Binghamtonda Nyu-York Dövlət Universitetinin Tarix fakültəsinin dosentidir, burada Rus, Sovet, Şərqi Avropa və şəhərsalma tarixini, eləcə də tarixçiliyi tədris edir. O, Toronto Universitetindən magistr və doktorluq dərəcələrini almışdır. O, bir neçə məqalə dərc etdirmişdir və Sovet planlaşdırma, şəhər inkişafı və arxitektural professional siyasət ilə bağlı çoxlu akademik və ictimai mühazirələr keçmişdir. Onun publikasiyalarına mükafat qazanmş Sovetin qadınlar üçün təbliğatda dini metaforlardan istifadəsi haqqında məqalə (1999) və 1930-cu illərdə Nijni Novqorodun planlaşdırmasına dair mükafatlı dissertasiyasına əsaslanan bir kitabı daxildir (2013). Amerika Tarixi Birliyi, Kanada Slavyan Araşdırmaları Assosiasiyası, Amerikan Slavyan, Şərqi Avropa və Avrasiya Araşdırmaları Assosiasiyası və Urbanizasiya Tarixi Assosiasiyasının fəal üzvüdür. DeHaan hazırda Sovet şəhərsalma inkişafının Bakı ictimai həyatının gündəlik fəaliyyətinə, sosial qarşılıqlı əlaqə və dəyər sistemlərinə necə təsir etdiyini öyrənir.



             

Film about Khazar University