Akademik möhlət

Akademik məzuniyyətin verilməsi

Tələbəyə akademik məzuniyyət aşağıdakı hallarda və aşağıdakı müddətə verilir:

  • Müddətli həqiqi hərbi xidmətə çağırıldıqda - xidmət müddətinə
  • Ailə vəziyyətinə görə - 2 il müddətinədək
  • Səhhətinə görə - həkim-məsləhət komissiyasının arayışında göstərilən müddətə
  • Müxtəlif proqramlar əsasında xarici ölkələrə təhsil almağa getdikdə - proqramda göstərilən müddətə

Akademik məzuniyyətdən qayıdan tələbə öz ixtisasına bərpa olunaraq təhsilinə davam edə bilər.

Tələbə akademik məzuniyyətdən qayıtdığı zaman universitetdə əvvəl təhsil aldığı ixtisas üzrə kadr hazırlığı aparılmazsa, o zaman Təhsil Nazirliyinin razılığı əsasında digər ixtisasa bərpa oluna bilər və ya əvvəl təhsil aldığı ixtisas üzrə təhsilini davam etdirmək istəyərsə digər ali təhsil müəssisəsinə köçürülə bilər.

Hər iki halda məsələyə Təhsil Nazirliyində baxılır.

Film about Khazar University