Haqqımızda

Humanitar, Təhsil  və Sosial elmlər fakültəsinin (HESS) quruluş illərində əsas istiqamət humanitar elmlər sahəsində peşəkar,  elmi tədqiqata töhfə verən, daima araşdıran, qloballaşan dünyada beynəlxalq  və milli - mənəvi dəyərlərə, liberal və multikultural düşüncəyə  sahib humanist, gənc mütəxəssisər yetişdirmək, profilinə uyğun sahələrdə elmi tədqiqata töhfə vermək olsa da zamanla fakültənin təhsil elmləri, siyasi elmlər, psixologiya, tərcümə və dizayn istiqamətində şaxələnməsi onun missiyasını da genişlətmişdir.   

Humanitar, Təhsil  və Sosial elmlər fakültəsinin əsas istiqamətlərindən biri təhsilin müxtəlif sahələrində tədqiqat aparacaq,  təhsil siyasəti və strategiyası hazırlayacaq, təhsil proqramları hazırlayacaq,  müasir tədris metodları və qyimətləmdirmə strategiyalarını müəyyən edə biləcək bilik və bacarığa yiyələnmiş təhsil işçiləri və mütəxəssisləri, müəllimlər yetişdirməkdir. 

Əsası qoyulduğu gündən müasir dövrün tələblərinə cavab verən peşə vərdişlərinə və intellektual potensiala malik gənc nəslin formalaşmasına səy göstərən fakültə, universitetin sosial həyatında da fəal iştirak edir. Fakültədə həmçinin təhsil, psixologiya sahələrindədə peşəkar təlim proqramları həyata keçirilir və insanların intellektual inkişafı kimi maarifləndirici başqa proqramlara da mühim yer verilir.

Fakültədə tədrisin təşkili zamanı əsas amillərdən biri də gələcək mütəxəssislərdə yaradıcı və tənqidi təfəkkürü inkişaf etdirmək, onların təşəbbüskar, özünə,ailəsinə, qurumuna, ölkəsinə və bütün bəşəriyyətə töhfəverən vətəndaş kimi yetişməsini təmin etməkdir. Bununla yanaşı fakültə yetişdirdiyi gənc mütəxəssis və tədqiqatçılara davamlı araşdırma və həyatboyu öyrənmə prinsipini bağlı qalaraq Xəzər Universitetinin “Hər zaman mükəmməlliyə doğru” devizini aşılayır. 

Film about Khazar University