Elanlar

“Tələbə öyrənməsinin sinifdə qiymətləndirilməsi” adlı seminar keçiriləcək

2018-ci il noyabrın 26-sı saat 15:00-da Xəzər Universiteti İnkişaf Mərkəzi və Təlim-Tədris Mərkəzinin təşkilatçılığı ilə Təhsil fakültəsinin Fulbright Professoru Dr. Qaisar Sultananın (Təhsil Kolleci, Kentuki Universiteti, ABŞ) təqdimatında “Tələbə öyrənməsinin sinifdə qiymətləndirilməsi” adlı seminar keçirilməsi nəzərdə tutulur. Seminar “Neftçilər” kampusu Ömürboyu Təhsil Mərkəzində (Yeni Bina, 5-ci mərtəbə) keçiriləcək.

Maraqlanan hər kəs seminara dəvət olunur.

Qeyd edək ki, bu təlim Erasmus Plus PETRA layihəsi (573630-EPP-1-2016-1-AZ-EPPKA2-CBHE-JP) çərçivəsində həyata keçirilir.


“Elmi məqalənin oxunması –elm oxuma sənəti” adlı seminar olacaq

2018-ci il noyabrın 20-si saat 10:00-da Xəzər Universiteti Elmi işlər üzrə prorektorluğu və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Çikaqo Dövlət Universitetinin müəllimi, Fulbright professoru Nadim Fazalın təqdimatında “Elmi məqalənin oxunması –elm oxuma sənəti” adlı seminar keçiriləcək. Seminar universitetin “Neftçilər” kampusunda (otaq 401N) keçiriləcək.

Hər kəs seminara dəvətlidir. Tədqiqatçıların, PhD və magistrant tələbələrin iştirakı vacibdir.

Qeyd edək ki, bu təlim Erasmus Plus PETRA layihəsi (573630-EPP-1-2016-1-AZ-EPPKA2-CBHE-JP) çərçivəsində həyata keçirilir.

Film about Khazar University