Beynəlxalq Layihələr

KİM müxtəlif layihələrdə iştirak etməkdədir. Ən mühümləri bunlardır:     


  • USIS-in (Birləşmiş Ştatlar İnformasiya Cəmiyyəti) maliyyələşdirməsi ilə Los Anceles, Kaliforniya Universiteti Təhsil və İnformasiya Aspirantura Fakültəsi ilə əməkdaşlığın ilkin mərhələsinin mühüm nəticəsi olaraq, Xəzər Universitəsinin Təhsil və İnformasiya Tədqiqatları Mərkəzi təsis edildi.
  • Axundov Milli Kitabxanası və Ədəbiyyat İnstitu ilə birgə, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Azərbaycan kütləvi ədədbiyyatının Latın əlifbası ilə rəqəmsallaşdırılmasına səy göstərən Qutemberq layihəsi.
  • CALIMERA Layihəsi
  • YUNESKO Tərcümə LayihəsiAzəri türkcəsindən başqa dillərə, başqa dillərdən Azəri türkcəsinə müxtəlif nəşrlərdə (kitablar, jurnal məqalələri, konfrans materialları və s.)  tərcümələrin biblioqrafiyasının tamamlanmasına yönəldilib.
  • KİM kitabxana kolleksiyasının inkişafı ilə bağlı, Jurnal Hədiyyə Proqramı, Elmi Jurnalların Yayılması Proqramı, Sabre Fondu, Amerika Kimya Cəmiyyəti, İslam Fondu, Tayvanda Budda Təhsil Fondu Birləşmiş Təşkilatı, Yapon Fondu Kitabxana Dəstək Proqramı, Beynəlxalq Kitab Layihəsi, “World Vision's Gift in Kind” proqramı və digər beynəlxalq kitabxana fondları və proqramları ilə uzun müddətli əməkdaşlığın daxil olduğu bəzi layihələrə davam etməkdədir. 
  • Beynəlxalq Elm və Din Cəmiyyəti Kitabxana Layihəsi. Kitabxana bütün mühüm, elmi sahələri, eyni zamanda əsas beynəlxalq və mədəniyyətlərarası düşüncələri, fikirləri birləşdirən 224 kitabdan ibarətdir.
Film about Khazar University