Keçmiş Konfranslar

2010-2011-ci tədris ilində Xəzər universitetində psixologiya ixtisası açıldı. 8 illik fəaliiyətimizə çox hadisə yerləşdirdik. Açıldığı gündən etibarən qarşıya bir məqsəd qoyudu. Xəzər universiteti psixologiya sahəsində yeniliklərə, Azərbaycanda bu sahənin daha da inkişaf etdirilməsinə təkan verməli və dünya praktikasındakı yenilikləri daima izləməli idi. Psixologiyanın təkcə elm sahəsi olmaması eyni zamanda bir sənət olması da bu sahədəki inkişafı izləmək üçün əsaslı səbəblərdən idi. 

Dünyadakı psixologiya sahəsinin son 50 ildə sürət qazanması və dünya praktikası ilə ayaqlaşa bilməmiz,yeniliklərdən xəbərdar olmamız, peşakar inkişafımızı təmin etmək, Xəzər universiteti olaraq bu sahədə yaxşı mütəxəssislər yetişdirə bilməmiz üçün nələrəsə başlamalıydıq. Bu məqsədlə Xəzər universiteti Psixologiya Departamenti bir yenilik və Azərbaycan psixologiya sahəsində öz sözünü demək məqsədi ilə bir yola çıxdı. Bu Azərbaycanda bu sahədə ilk olacaq və hər il ənənəvi olaraq davam etdiriləcək olan Beynəlxalq bir konfransın təşkil edilməsi ilə əlaqadar bir ideya idi. Biz Azərbaycanda yeni cığır açmaq, yeni iz qoymaq istıyirdik və ideyamızı həyata keçirmək üçün üniversitet rəhbərliyin dəstəyi ilə işə başladıq. Dünyada psixologiya sahəsindəki son yeniliklərlə tanış olmaq, dünyada bu sahədə sözünü demiş psixoloq və psixiatrları Azərbaycana cəlb etmək və mütəxəssislərin peşəkarlığına daha da təkan vermək hədəflərimizdəndir. İdeyalar əvvəlcə bir fikir, sonra hərəkətə və sonra böyük bir dalğaya çevrilir və bu dalğa yüzlərcə insana ilham verir. Bu məqsədlə 2014-ci ildən başlayan bu səyahətimizdə müxtəlif ölkələrdən 20-dən çox alim və professorları dəvət etdik. Biz öyrəndik, təcrübə qazandıq, fikir mübadiləsi etdik və yeni coşqu enerji ilə növbətini planlaşdırdıq.

2014-cu ildə 26-27 aprel tarixlərində Azərbaycan 1-ci Beynəlxalq Psixologiya konfransımız təşkil edildi. Konfransımızdakı iştirakçıları nəzərə alaraq qardaş Türkiyədən bu sahədə öz sözünü və imzası qoymuş mütəxəssislərin axtarışları başlandı və beləliklə qonaqlarımızı müəyyənləşdirdik. 

Dos.Dr Sevilay Zorlu 

Dos.Dr. Sibel Usluer Erener

Prof.Dr. Aysun Tulay Bozkurt

Dos.Dr. Ozanser Uğurlu

Dr.Mehmet Şakiroğlu


2015-ci ildə keçirilən Azərbaycan 2.ci Beynəlxalq Konfransında iştirak edən qonaqlarımız:

Prof.Dr. Gəray Gəraybəyli

Dr. Cem Kınacı

Dos.Dr İbrahim Bilgən 

Dr.Mustafa Çay

Dos.Dr. Ebülfez Süleymanlı

Dr. İkram Rüstəmov

Prof.Dr. Nevzat Tarhan


2016-cı ildə keçirilən Azərbaycan 3-cü Beynəlxalq Konfransında dəvət edilən qonaqlarımız:

Prof.Dr. Tuncay Ergene

Prof.Dr. Mehmet Eskin

Prof.Dr. Ceylan Daş

Dos.Dr. Selim Günüç

Dos.Dr. Ramin Əliyev


2017-ci ildə keçirilən Azərbaycan IV Beynəlxalq Psixologiya konfransımızın qonaqları:

Dos.Dr Aytən ZARA 

Prof.Dr. Ali Kemal Tekin

Prof.Dr. Yaşar Özbay

Dos.Dr. Burhanettin Kaya 

 

Nələr qazandıq?

Prof. Dr. Aysun Tulay Bozkurt öz simpatikliyi və sahəsində biliyi ilə bizləri “fərginə varma və güclü tərəflərimiz ” mövzusu ilə qarşıladı. Dünyada sevgini, birliyi aşılayan mütəxəssisimiz iştirakçılarımızda böyük maraq doğurdu.

Dos.Dr. Mehmet Şakiroğlu və Dr.Ozanser Uğurlu gənçlərin böyük rəğbəti ilə qarşılandı. Bunun səbəbi var idi. Gündəlik dilimizdə eşq, sevgi sözünü çox eşitsək də dünya praktikasında bununla əlaqədar elmi tədqiqatlarla zəngin “Sevgi psixologiyası” ilə tanış olduq və belə bir sahənin varlığı elm kimi inkişafını öyrənmək həyatımıza rəng qatdı.

Öz dəyərli və gözəl nitqi ilə Dr. Sevilay Zorlu “Cinsi pozuntular və cinsi terapiyalar” mövzusunda praktik nümunələrlə də iştirakçılarda maraq doğurdu.

Satir Ailə terapisti Sibel Usluer Erenel “Ailə terapiyası” mövzusu ilə ailə psixologiyası sahəsində tətbiqi nümunələrlə peşakar inkişamıza dəstək oldu. 

Bu ilk təcrübə və iştirakçılardan gələn müsbət fikirlər bizə ilham verdi və biz 2015-ci il 25-26 aprel tarixlərində ikinci konfransımızı eyni həvəs və daha çox iştirakçı ilə baş tutdu.

Uşaq psixiatrı İkram Rüstəmov “Günümüzün ən aktual uşaq psixi problemlərinə psixiatrik yanaşma”, tibb elmləri doktoru Cem Kınacı “Autizmin diaqnoz və müalicəsində multidisiplinar yanaşma”, psixiatr, psixoterapevt İbrahim Bilgen “Həyəcan pozuntuları zamanı psixoterapevtik yardım”,NLP üzrə mütəxəssis Mustafa Çay “NLP – neyrolinqvistik proqramlaşdırma”, sosioloq Əbülfəz Süleymanlı “Tənhalıq probleminin sosioloji və psixoloji mahiyyəti” adlı mövzularda çıxış edərək, iştirakçıları məlumatlandırdılar. 

Konfransın ikinci günündə isə beş müxtəlif mövzuda – “Autizmin diaqnozu və müalicəsinə multidisiplinar yanaşma” (Cem Kınacı),

“Həyəcan pozuntuları zamanı psixoterapevtik yardım” (İbrahim Bilgen), “Müalicə prosesinin uğurunda psixoterapevtik meyarlar” (Nevzat Tarhan), “NLP – neyrolinqvistik proqramlaşdırma” (Mustafa Çay) və “Uşaqlarda affektiv xəstəliklər, müalicə və izlənməsi” (İkram Rüstəmov) təlim xarakterli seminarlar keçirilmişdir.

2016-cı il 23-24 aprel tarixlərində keçirilən Üçüncü konfransımız isə digər konfranslarımız kimi eyni uğurla davam etmiş və Xəzər psixoloji xidmət mərkəzinin dəstəyi ilə gücünə güc qatmışdır. 

Türkiyədə və dünyada Gestalt nəzəriyyəsi və terapiyasında dəyərli çalışmaları olan Prof.Dr.Ceylan Daş Geştalt Terapiyasını nəzəri və praktiki cəhətdən iştirakçılara izah etmiş və cox sayılı suallara ətraflı cavab vermişdir.

Prof. Dr. Mehmet Eskin Homoseksuallıq kimi aktual məsələ haqqında ətraflı müzakirələrə şərait yaratdı.

Prof.Dr.Tuncay Ergene – İmtahan həyəcanının öhdəsindən gəlmək: Koqnitiv Davranışcı Yanaşmanın açıqlama gücü ilə yeniyetməlik dövründə olan şagirdlərimizə və övladlarımıza necə dəstək olacağımız bizə öyrətdi.

Doç.Dr.Selim Günüç – Uşaqlarda İnternet və Rəqəmsal (digital) Oyun Asılılığı, Xüsusi ilə son zamanların ən aktual problemi olan internet asılılığı ilə bağlı anlatımı və keçirdiyi testlər ilə Selim Gülüç böyük diqqət görmüşdür.

Həmvətənlimiz və Türkiyədə fəaliyyətini davam etdirən Doç.Dr.Ramin Əliyevin “dayanıqlılıq” çətin hadisələrlə başa çıkma, yenidən həyata tutunma kimi yeni, aktual mövzuya diqqət çəkərək bu sahəyə ölkəmizdə maraq oyatdı.

2017- ci ildə isə IV Beynəlxaq Pxisologiya Konfransı baş tuttu və ənənəyə çevrilmiş hadisə son dərəcə sevindirici haldır. Bizlər artıq təcrübə qazanaraq və iştirakçılarımızın dəstəyi, təklifi və istəklərini nəzərə aldıq. Keçən il nəinki Türkiyədən, eyni zamanda Rusya,Omandan da mütəxəssislər dəvət etdik. 

Xəzər Universitetinin dəstəyi və Xəzər Psixoloji Xidmət Mərkəzinin təşkilatçılığı ilə keçirilən 4-cü konfransımızda qonaqalrımız Dos. Dr. Ayten Zara, Dos.Dr.Dərya Cəfərzadə, Prof.Dr.Yaşar Özbəy, Dos.Dr.Burhanettin Kaya və Prof. Dr. Ali Kemal Tekin oldu.


Nevzat Tarhan

Nevzat Tarhan 1952-ci ildə Merzifon-da anadan olmuş, 1975-ci ildə İstanbul universiteti Cerrahpaşa Tibb fakultəsini bitirmişdir. 1996-cı ildə professor dərəcəsini almışdır. 1998-ci ildən “Memory Center of America”nın Türkiyə təmsilcisi olmuşdur. 31-i beynəlxalq olmaq üzrə 100-dən artıq təqdimatı vardır. Hazırda “NPİSTANBUL Nevropsixiatriya” xəstəxanasında baş həkim və Üsküdar universitetində qurucu rektor kimi fəaliyyət göstərməkdədir.



Dr. Necip Cem Kınacı 

Dr. Necip Cem Kınacı 1958-də İstanbudal doğulmuş, İstanbul Üniversiteti Tibb fakultəsini 1984-cü ildə Tibb Doktoru olaraq bitirmişdir. 1996-cı ildə “Adana Diomed Tıp Merkezi”-də rəhbər vəzifədə çalışmağa başlamışdır. 2004 cü ildən autizmlə mübarizə üçün öz təhsilini daha da təkminləşdirmişdir. İlk olaraq “Autism Research Institute” daha sonra “ American College for Advancement in Medicine” və sonda isə “Medical Academy for Pediatric Special Needs” də təhsilini yüksəldərək artıq həm ölkədaxili, həm də ölkə xaricində kifayət qədər tanınmış bir mütəxəssisə çevrilmişdir. Bir sıra beynəlxalq konfranslara fəxri qonaq kimi dəvət olunmuşdur. 


Süleymanov Əbülfəz 

Süleymanov(lı) Əbülfəz 1975-ci ildə Ucar rayonunda anadan olmuş, 1991-ci ildə Türkiyənin İstanbul Universitetinin sosiologiya fakültəsinə dövlət xətti ilə qəbul olmuş və 1995-ci ildə buradan məzun olmuşdur. 1998-ci ildə İstanbul Universitetində dissertasiya müdafiə edərək magistr dərəcəsini qazanmışdır. 2003-cü ildə yenə İstanbul Universitetində elmi işi müdafiə edərək sosiologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiq görülmüşdür. 2012-ci ildə Türkiyədə girdiyi imtahanda dosent ünvanı qazanmışdır. Həmin il İstanbul Üsküdar Üniversitetində Sağlıq Bilimləri Fakültəsində sosial iş kafedrasında müəllim və 2014-cü ildən həmin Universitetin İnsan və Sosial Elmlər Fakültəsi sosiologiya kafedrasının müdiri vəzifəsində çalışmaqdadır 



Mustafa Çay 

Mustafa Çay, Neuro-Linguistic Proqramlaşdırma mövzusunda mütəxəssis-pedaqoq lisenziyasına sahib bir təlimçidir. Bakalavr təhsilini Ankara Universitetinin İqtisadiyyat fakültəsində tamamlamış, həmçinin, həmin Universitetdə “İctimai əlaqələr” üzrə də təhsil almışdır. “New Port International University”-də psixologiya üzrə magistratura təhsilini tamamlamışdır.Mütəxəssis olaraq, professional iş həyatı boyunca 500-dən çox seminar vermiş, 67 NLP pratisyen və 26 NLP üzrə təlim vermişdir.



İbrahim Bilgen 

İbrahim Bilgen 1968-ci ildə Adanada dünyaya göz açmışdır. 1994-cü ildə Çukurova Universitetinin Tibb Fakültəsindən məzun olmuş, 2001-ci ildə isə Çukurova Universitetinin Tibb Fakültəsini psixatriya üzrə doktor kimi tamamlamışdır.Asistentlik təhsili dövründə , 5 il "Psixodrama və qrup terapiyası" təhsili, 6 il xüsusilə " Uşaq və yeniyetmələr üçün ailə Terapiyası” ilə əlaqəli olan Geştalt terapiya təhsili, 7 il müddətində “Anksiyete Pozuntuları ve Depresiya” ilə aidiyyatlı olan “ Koqnitiv Davranış Terapiyası” təhsilini yüksək səviyyədə bitirmişdir. 2012-ci ildə “ Bilgen Terapi Enstitüsünü” qurmuşlardır. Hazırda həmin mərkəzdə psixiatr və psixoterapevt olaraq çalışmaqdadır. 


İkram Rüstəmov

İkram Rüstəmov 1981-ci il mayın 5-də Laçında dünyaya göz açmış, 7-ci sinifə qədər orada təhsil almış, sonradan isə təhsilini Bakıda davam etdirmişdir. İkram Rüstəmov 2003-2009-cu illərdə Türkiyənin İstanbul Üniversiteti Cerrahpaşa Tibb fakültəsində təhsil almış və eyni universitetdə uşaq psixiatriyası üzrə uzmanlıq keçmişdir. Uşaq psixiatriyası və uşaq nevrologiyası üzrə 5 illik rezidentura proqramını keçdikdən sonra uşaqlıq depressiyasında vizual diqqət problemləri ilə əlaqəli dissertasiyanı müdaifə edərək, həkim psixiatr, uşaq psixiatrı mütəxəssisi adını almışdır. 2014-cü ilin avqust ayından 2015-ci ilin fevral ayınadək Harvard Universitetinin Boston Uşaq Xəstəxanasında fəaliyyət göstərmişdir. 


Dr. Mehmet Şakiroğlu 

Dr. Mehmet Şakiroğlu 15 İyul 1977-ci ildə Muğlada anadan olub. 1995-2002–ci illəri arasında Orta Şərq Texniki Universitetində (ODTÜ) Fəlsəfə və Psixologiya bölümləri üzrə bakalavr təhsilini tamamlamış və psixologiya bölümü üzrə məzun olmuşdur. Həmçinin bu bölümdə kliniki psixologiya üzrə ODTÜ-də magistratura və doktorantura təhsilini tamamlamışdır. 2002-2012–ci illəri arasında ODTÜ Psixologiya bölümündə təhsil işçisi olaraq işləmişdir. 2013-cü ildə isə Dr. Ozanser Uğurlu ilə birlikdə yazdıqları “Aşkın Psikolojisi” adlı kitabı nəşr olunmuşdur. Stress, qayğı, depressiya, fəlakət psixologiyası, xoşbəxtlilik kimi mövzuları barəsində də bir çox məqalə və kitabları vardır. Bundan əlavə olaraq stress, motivasiya, müvəffəqiyyət, qayğı və öfke kontrolü mövzuları ilə bağlı Daxili İşlər Nazirliyi, Təhsil Nazirliyi, Ədalət Akademiyası və bu kimi qurumlara təhsil verməkdədir. Həmçinin Mehmet Şakiroğlu terapevt olmaqla yanaşı, zəlzələ psixologiyası mövzusunda təcrübi və varoluşçu fəlsəfə mövzusunda nəzəri işlər görməkdədir. Hal hazırda isə ODTÜ Psixologiya bölümündə klinik psixoloq olaraq işləməkdədir.


Yrd. Doç. Dr. Ozanser Uğurlu

Dr. Ozanser Uğurlu 1975-ci ildə Turhalda anadan olub. Orta Şərq Texniki Universitetində (ODTÜ) Psixologiya bölümü üzrə bakalavr təhsilini və Ankara Univeristetində Psixologiya bölümü üzrə magistratura və doktorantura təhsilini tamamlamışdır. Gənclərbirliyi, Manisaspor, Turkiyə Futbol Federasyonunda Psixoloq olaraq işləmişdir. Radio ODTÜ-də və TRT Ankara Radiosunda proqramlar təşkil etmişdir. Bir çox nəşr olunmuş kitabları ( “Aşkın Psikolojisi” , “Bir Zamanlar Her Şey Mümkündü”, “Kadınlar”, “Bütün Erkekler Aynı”) və məqalələri vardır. Bununla yanaşı Psixologiya sahəsində nəzəri və tətbiqi işlər görmək məqsədiylə “ Mutluluk Enstitüsü” qurmuşdur. Hal hazırda isə İDNA Çözüm Odaklı Danışmanlık və Təhsil Mərkəzində fərdlərə və qurumlara performans məsləhətçiliyi etməkdədir.



Uzm. Sibel Usluer Erenel 

Lisanslı Ailə və Evlilik terapevtidir. Boğaziçi Universitetində Psixoloji Məsləhətçilik və Rəhbərlik üzrə ilkin magistratura təhsilini tamamlamış və 1994-cü ildə isə Kaliforniya Dövlət Universiteti Haywardda Ailə, Evlilik və Uşaq Terapiyası və Məktəb Məsləhətçiliyi üzrə ikinci magistratura təhsilini tamamlamışdır. ABŞ-da olduğu müddətdə uşaq istismarı, cinayətə yönəlmə, maddə asılılığı və məktəbi tərk etmə kimi risk altındakı uşaqlara, gənclərə və ailələrinə; şiddətə məruz qalmış uşaq və yetişkinlərə və inkişafda çətinlik yaşayan uşaqlar və ailələrinə geniş formada xidmət göstərərək məktəblərdə, qurumlarda və ya bələdiyyə ailə məsləhətləşmə mərkəzlərində 12 il işləmişdir. Virigina Satir Dönüşümsəl Sistematik Müalicə Modeli təhsilini ABŞ-da almış və 2005-ci ildə Türkiyəyə qayıtdıqdan sonra Satir Dönüşümsəl Sistematik Ailə Terapiyası modeli ilə Amerikan Ailə Terapiyası Dərnəyinin Səlahiyyətlərini (AAMFT) və Avropa Ailə Terapiyası meyarlarını diqqətə alaraq Ailə Terapiyası Təhsil Proqramını inkişaf etdirmiş və bu proqram Satir Pasifik Enstitüsü (SİP) tərəfindən təsdiqlənib ortaq sertifikat proqramına çevrilmişdir. Bundan əlavə olaraq Sibel Usluer Erenel tək valideynli, boşanmış valideynli və yenidən evlənmə ilə qurulan ailələr və övladlığa götürülmüş ailələrlə işləmişdir. Bu dönəmdə valideyn-uşaq, cütlər arasındakı əlaqə problemləri, ailədə maddə asılılığının olması, valideynlərin ölümü, boşanma və yenidən ailə qurma vəziyyətində meydana çıxan problemlər və bunun nəticəsində ailə fərdlərindəki təsirlərlə də işləmişdir. Hal hazırda Sibel Usluer Erenel YÖRET Fondunun Vitse Prezidenti, Doğuş Universitetində Ailə Terapiyası üzrə magistr təhsili proqramında supervizordur. Həmçinin Amerikan Ailə və Evlilik Terapevtleri Dərnəyi (AAMFT), Kaliforniya Ailə və Evlilik Terapevtləri Dərnəyi (CAMFT), Satir Pasifik Enstitüsü və The Satir Global Network-ün klinik üzvüdür. Beynəlxalq Ailə Terapiyası Dərnəyinin idarə heyəti üzvü, CATED-in isə qurucu üzvüdür.


Uzm.Dr. Sevilay Zorlu 

Psixiatr və Psixoterapevt Uzm. Dr. Sevilay Zorlu Antalyada anadan olub. Orta təhsilini Ankarada başlayıb Antalyada tamamlamışdır. Antalya Liseyindən məzun olduqdan sonra Doqquz Sentyabr Universitetinə qəbul olmuş və 2-ci sınıfda Akdeniz Universitetinə keçid edərək, 1995-ci ildə təhsilini burada tamamlamışdır. 5 il Antalya Kızılay Qan Mərkəzində “qrup həkimi” olaraq işlədikdən sonra, Antalya Esnaf ve Sanatkarlar 12 nolu Sağlık Ocağında 2 il “pratisyen həkimlik” üzrə işləmişdir. 2008-ci ildə Uludağ Universiteti Tibb Fakültəsi Psixiatriya Anabilim Dalında təhsilini tamamlayaraq Psixiatriya Mütəxəssisi oldu. 2008-2009-cu illəri arasında Siverek/Şanlıurfa Dövlət Xəstəxanasında isə dövlət xidmət öhdəçiliyini tamamlamışdır. 2009-2010–cu illərdə Şəxsi Antalya Medisu Xəstəxanısında Psixiatriya Mütəxəssisliyi və Sərbəst Həkimlik üzrə işləmişdir. Hal hazırda isə şəxsi muayinəxanasında işlərinə davam etməkdədir.




Prof. Dr. Aysun Tülay Bozkurt 

Prof. Dr. Tülay Bozkurt 1956-cı ildə anadan olub. 1978-ci ildə Hacettepe Universitetində Psixologiya bölümü üzrə bakalavr təhsilini və 1980-ci ildə California, San Diego, USİU-da Psixoloji Konsultasiya (Counseling Psychology) bölümü üzrə magistratura təhsilini tamamlamışdır. 1986-cı ildə isə Hacettepe Unviersiteti Sosial Bilimlər Enstitüsündə Sosyal Çalışma bölümü üzrə doktorantura təhsilini tamamlamışdır. Həmçinin 2004-2005 –ci illərdə Marmara Univeristeti Executive Development bölümündə koordinator olaraq fəaliyyət göstərmişdir. Hal hazırda isə İstanbul Kültür Universiteti Psixologiya bölümündə Bölüm Başkanı olaraq fəaliyyət göstərməkdədir. Həmçinin İstanbul Kültür Universiteti Fənn Ədəbiyyat Fakültəsinin, İncəsənət və Dizayn Fakültəsinin üzvüdür. 



PhD Professor Reşit Canbeyli

Reşit Canbeyli, Ph.D. Professor Boğaziçi Üniversitesi psikoloji bölümünde profesördür. Columbia Üniversitesinden 1968 yılında lisans, 1975 yılında master ve 1977 yılında doktor ünvanını almıştır. İlgi alanları arasında psikobiyoloji ve davranışsal sinir bilimi yer alır.







Bizlər bir tarix yazaraq özümüzü və dünyanı dəyişdirmək üçün bir aradayıq və 2018-ci ildə yenə sizlərlə bir arada dünyanın hər bir güşəsindən və öz vətənimizdən iştirak edəcək güclü psixoloqlarla bir arada olmaq xəyalı ilə Azərbaycan 5-ci Beynəlxalq Psixologiya konfransında iştirak etməyə hər birinizi dəvət edirəm.


Mələk Kərimova

Xəzər Universiteti 

Psixologiya Departamentinin Koordinatoru

Xəzər Psixoloji Xidmət Mərkəzinin direktoru 

Film about Khazar University