TEZİS GÖNDƏRMƏ

Tezis yazma qaydaları

Tezislər A4 formatında, MS Word proqramında 12 pt1.5 sətir aralığıyla yazılmalıdır. Tezisin səhifə sayı 3-ü keçməməlidir. Azərbaycan, Türk, İngilis və Rus dillərində qəbul edilir və ən az 4, ən çox 8 sözdən ibarət açar söz verilməlidir. İstifadə edilən sitatların göstərilməsində APA (American Psycology Association) sistemindən (mötərizə içi sistem) istifadə edilməsi tövsiyə edilir.  

Konfransda təqdim ediləcək tezislər orijinal, təhsil elmlərinin inkişafına faydalı ola biləcək və həmin sahədəki əsas problemlərə işıq tutacaq xüsusiyyətdə və keyfiyyətdə olmalıdır. Tezis problemin məqsəd, qoyuluşu, literatura, tədqiqat metodu, əldə olunan və ya olunacaq məlumatlar, məlumatların analiz yolu və nəticə hissələrini özündə əks etdirməlidir. Tezislərin qiymətləndirilməsində sadalanan xüsusiyyətlər meyar olaraq qəbul ediləcəkdir. 

Konfransın akademik heyətinin rəyindən keçən tezislər göstərilən tarixdə tam mətn məqalə olaraq tələb ediləcək və ingilis dilində olan (sonradan tərcümə edilmiş də ola bilər) məqalələr Xəzər Universitetinin Thomson Reuters siyahısında yer alan “Xəzər Humanitar və Sosial Elmlər Jurnalı”nın xüsusi sayında nəşr olunacaq. 

Tezislər education[at]khazar.org e-mail ünvanına, aşağıdakı şəkildə göndərilməlidir:


Tezis  yazılarkən diqqət edilməsi vacib məsələlər

Jurnalın linki qoyula bilər

  • Tezisdə yer alan sözlərin sayı 3000-i keçməməlidir
  • Tezislərdə yuxarıda, konfrans mövzularında qeyd olunan mövzularda olmalıdır
  • Tezislərdə müəlliflərin akademik ünvanı verilməməlidir
  • Müəllif(lər)in ad(lar)ı ilk hərf xaric kiçik hərflə yazılmalıdır


Məsələn: Shahriyar Aliyev


  • Müəlliflərin işlədikləri müəssisələrin adı və ünvanı verilməlidir. 


Məsələn: Baku State University, Azerbaijan



  • Tezis başlığının sadəcə ilk hərfi böyük yazılmalıdır.

Məsələn: National Mechanisms for Ensuring Social Rights

  • Tezislərdə qısaltma istifadə olunursa, qısaltmanın açıq adı mötərizə içində yazılmalıdır.
  • Tezisdə tədqiqatın və ya işin məqsədi və istifadə olunan metodlar geniş izah olunmalıdır, tapıntılar rəqəmlərlə göstərilməli və tapıntılar çərçivəsində nəticə izah edilməlidir.
  • Tezis: məqsəd, giriş, metod, tapıntılar və nəticə başlıqları istifadə edilərək yazılmalıdır.
  • Tezis, adı, müəllifin adı, soyadı, ünvanı xaric olmaqla, minimum maksimum 3000 sözü keçməməlidir.
  • Tezis mətnlərinin içində istinadlar mütləq qeyd olunmalıdır. Ancaq istifadə olunmuş mənbələr açar sözlər verildikdən sonra xülasənin sonunda verilə bilər.
  • Tezislərin sonunda mövzuyla əlaqəli açar sözlər (3 və ya 5 söz) yer almalıdır.
  • Tezislər daha əvvəl hər hansı bir yerdə təqdim edilmiş məqalələr olmamalıdır. Əks halda qəbul edilməyəcəkdir.
  • Tezislərdə şəkil, cədvəl yer ala bilər.
  • Tezislər word formatında tələb olunur.


Bu qaydalara riayət olunmayan tezislər qəbul olunmayacaqdır. 

Film about Khazar University