Xəzər Universitetinin Lüğət və Ensiklopediya Mərkəzi 1996-cı ilin aprel ayında yaradılmışdır. Yarandığı gündən mərkəz linqvistik və leksikoloji tədqiqat və lüğətlərin tərtibini həyata keçirir.
Mərkəz son bir neçə ildir ki, 6 cilddən ibarət olan “Xəzər İngiliscə-Azərbaycanca Böyük Lüğət”-in tərtibi ilə məşğuldur (professor Hamlet İsaxanlı və mərhum professor Tofiq Abasquliyev tərəfindən redaktə olunub). Lüğətin tərtibində məqsəd dil öyrənənlərə, tərcüməçi və alimlərə əhəmiyyətli yardım göstərməkdir. Bu lüğətin 3 cildi artıq Xəzər Universiteti Nəşriyyatı tərəfindən nəşr olunmuşdur, qalan 3 cildi isə çapa hazırlanır.
Lüğət təxminən 250 000 söz, külli miqdarda ifadə və nümunə cümlələrdən ibarətdir.
Lüğətdə həmçinin sinonimlər, sözlərin üslubi fərqləri, idiomatik ifadələr və atalar sözləri də verilir.
Lüğətdən bir neçə nümunə sözlər: Enigmatic- [,enig’mætik] müəmmalı, sirli, qaranlıq, anlaşılmayan Luminescence- [,l(j)u:mi’nesns] işıqlanma, işıqsaçma qabiliyyəti, lüminessensiya Kayak- [‘kaiæk] 1) biryerli yüngül eskimos qayığı; 2) qayıq, baydarka Intriguingly- [in’tri:giŋli] adv 1. intriqa vasitəsilə/ yolu ilə; 2. maraq doğuracaq/ marağa səbəb olacaq bir tərzdə.
Redaktor köməkçisi
E-mail: gshukurova[at]khazar.org
Telefon: (+994 12) 421 10 93 (271)