Sadıqova Zülfiyyə Şükür qızı Bakı şəhərində anadan olmuşdur. 1990-cı ildə Bülbül adına orta ixtisas musiqi məktəbini gümüş medalla, 1995-ci ildə Ü. Hacıbəyov adına Bakı Musiqi Akademiyasını fərqlənmə diplomu ilə, 1998-ci ildə Bakı Musiqi Akademiyasının nəzdində aspiranturanı bitirmişdir. Zülfiyyə Sadıqova 1990-cı ildə “Gənc musiqiçilər” müsabiqəsinin birinci dərəcəli fəxri diplomunu almış, həmin ildə şəhər və respublika baxışlarının qalibi olmuş, 1994-cü ildə “Tələbə və aspirantların IV elmi ifaçılıq konfransı”nın diplomu ilə, 1997-ci ildə görkəmli tarzən Mirzə Sadıq Əsədoğlu (Sadıqcan) adına Xalq Çalğı Alətləri üzrə musiqi ifaçılarının Respublika müsabiqəsində yaradıcılıq fəaliyyətinə görə Fəxri Fərmanla, 2002-ci ildə Qırğızıstan Respublikasında keçirilən “İssık-Çöl ulduzları” gənclər arası Beynəlxalq klassik festivalının xüsusi diplomu ilə, eləcə də 2008-ci ildə Qırğızıstan Respublikasının Bişkek şəhərində Ümummilli liderimiz Heydər Əliyevin 80 illik, akademik Mir Cəlal Paşayevin 100 illik yubileyində fəaliyyət və ifasına görə Qırğızıstan Respublikasında Heydər Əliyev Fondu tərəfindən Fəxri Fərmanla təltif olunmuşdur. 2011-ci ilin may ayında Yüksək ixtisaslı kadrların hazırlanması sahəsində uğurlu pedaqoji fəaliyyətinə görə Xəzər Universitetinin rəhbərliyi tərəfindən Fəxri Fərmanla təltif olunmuşdur. Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Filarmoniyasının simfonik orkestrinin müşayiəti ilə, o cümlədən Müslüm Maqomayev adına Azərbaycan dövlət Filarmoniyasının Xalq Çalğı Alətlərini orkestrinin müşayiəti ilə bir neçə solo konsertlərdə çıxış etmişdir. Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin Niyazi adına Simfonik orkestri, eləcə də Səid Rüstəmov adına Xalq Çalğı alətləri orkestrinin müşayiəti ilə solo konsertlərdə dəfələrlə iştirak etmiş və lentə alınmışdır. 1993-cü ildə Azərbaycan Dövlət və İncəsənət Muzeyində solo konserti keçirilmişdir. 1996-cı ildə görkəmli pianoçu Fəridə Quliyevanın 70 illik yubileyinə həsr olunmuş gecədə Azərbaycan Xalq artisti prof. Rauf Abdullayevin rəhbərliyi ilə M.F.Axundov adına Azərbaycan Dövlət Opera və balet teatrının simfonik orkestrinin müşayiəti ilə çıxış etmişdir. 2004 ildə Azərbaycandakı Almaniya səfirliyinin təşəbbüsü ilə Alman mədəniyyət mərkəzində solo konserti keçirilmişdir. 2002-ci ildə Mədəniyyət Nazirliyinin təşkil etdiyi böyük bəstəkarımız Fikrət Əmirovun yubileyinə həsr olunmuş tədbirdə Azərbaycan Dövlət filarmoniyasının Xalq Çalğı alətlərinin müşayiəti ilə solo ifa etmişdir. 2008-ci ildə dekabr ayının 26-da Müslüm Maqomayev adına Azərbaycan dövlət filarmoniyasında Azərbaycanın Xalq artisti prof. Rauf Abdullayevin rəhbərliyi altında Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik orkestrinin müşayiəti ilə solo konsertlə çıxış etmiş, eyni zamanda CD albomun təqdimatı keçirilmişdir. Zülfiyyə Sadıqova 1991-ci ildə Qazaxıstan Respublikasının Alma-Ata şəhərində Qazaxıstan Dövlət konservatoriyasının kamera zalında solo konsertlə çıxış etmişdir. 1997-ci ildə rəsmi nümayəndə heyəti ilə dünya şöhrətli müğənni Müslüm Maqomayevin Moskva şəhərində keçirilən yubiley gecəsində iştirak etmiş, həmin ildə Böyük Britaniya və Şimali İrlandiya krallığının paytaxtı olan London şəhərində görkəmli bəstəkar Tofiq Quliyevin yubiley gecəsində iştirak etmişdir. 1998-ci ildə London şəhərində Azərbaycan Mədəniyyəti günlərində bir sıra konsertlərdə çıxış etmişdir. 2001-ci ildə Norveçin Stovanger şəhərində, 2002-ci ildə Norveçin Bogen şəhərində Beynəlxalq festivalda iştirak etmişdir. 2003-cü ildə İran İslam Respublikasının Tehran, Təbriz, Kirvanşah şəhərlərində konsertlərlə çıxış etmişdir. 2004-cü ildə Moskva şəhərində Heydər Əliyevə həsr olunmuş gecədə SSRİ xalq artisti Murat Kajlayevin rəhbərliyi ilə S.Raxmaninov adına konsert salonunda çıxış etmişdir. 2006-cı ildə Gürcüstan Respublikasının Tbilisi şəhərində Azərbaycan respublikasının müstəqilliyinə həsr olunmuş gecədə iştirak etmişdir. 2007-ci ildə Tbilisi şəhərində Azərbaycan Respublikasının Səfirliyi tərəfindən solo konserti keçirilmişdir. 2008-ci ildə Dağıstan respublikasının Mahaçqala şəhərində “Bakı gecələri” adlı konsertdə çıxış etmişdir. 2008-ci ildə Qırğızıstan Respublikasının Bişkek şəhərində Heydər Əliyev Fondu tərəfindən təşkil olunmuş H. Əliyevin 80, akademik Mir Cəlal Paşayevin 100 illik yubiley gecəsində çıxış etmişdir. 2008-ci ilin noyabr ayında Rusiyanın Yekaterinburq şəhərində beynəlxalq festivalda iştirak etmişdir. 2009-cu ildə Dağıstan Respublikasının Mahaçqala şəhərində Murad Kajlayev adına musiqi məktəbinin açılışına həsr olunmuş Beynəlxalq festivalda solo konsertlə çıxış etmişdir. 2011-ci ilin may ayında İtaliyanın Roma şəhərində Akademia Nazionale di Sonto Ceciliya konsert salonunda solo proqramla çıxış etmişdir. 2013-cü ilin may ayının 9-da Fransada solo konsertlə çıxış etmişdir. 2014-cü ilin mart ayının 7-də Böyük Britaniyanın London şəhərində solo konsertlə çıxış etmişdir. 2014-cü ilin noyabr ayının 17-21 tarixlərində Türkiyənin Ankara şəhərində Hacettepe Universitetinin konservatoriyasında solo proqramla çıxış etmişdir. 2015-ci ilin mart ayının 12-17 Türkiyənin Kahramanmaraş və Kayseri şəhərlərində solo proqramla çıxış etmişdir.