Ənənəvi olaraq, Azərbaycan xalqının təhsilə marağı yüksəkdir. Sovet dövründə Azərbaycanda təhsilin yüksək səviyyədə olmasına baxmayaraq, Sovet sisteminin dağılması və sürətlə dəyişən mühitin tələblərinə uyğun olaraq təhsilin müxtəlif pillələrində - məktəbəqədər, ibtidai məktəb, orta məktəb, peşə məktəbi və ikiillik texniki kollec, habelə tam bakalavr və magistr təhsilində yeni yanaşmalara və təhsilin inkişafı üçün yaxşı hazırlanmış strategiyalara tələb artırdı.
Elmi bilik, peşəkar təlim və təcrübə toplusu müəllim, pedaqoq, alim və yöneticilərin yetişdirilməsinə dair bütün proqramların əsasını təşkil edir. Təhsil fakültəsinin əsas məqsədləri təhsilin müxtəlif sahələrində tədqiqat aparmaq üçün təhsil siyasəti və strategiyası hazırlamaq, təhsil, humanitar elmləri üzrə savadlı müəllimlər yetiştirmək və onları qabaqcıl bilik və müasir tədris metodları ilə təmin etməkdir. Bilik və bacarıqların ötürülməsinə xüsusi diqqət verilir ki, bu da tələbələrimizə milli dəyər və ənənələrimizi onların gələcək tədris, elmi-tədqiqat və insanın inkişaf fəaliyyətinin ümumbəşəri dəyər və normaları ilə birləşdirməyə imkan verəcək.
Təhsil fakültəsi təhsillə bağlı müxtəlif tədqiqat və fəaliyyətlə məşğul olur və bununla əlaqədar Təhsil Nazirliyi və bəzi özəl təhsil müəssisələri ilə əməkdaşlıq edir. Fakültə həmçinin təhsil, insan inkişafı habelə digər təhsil xidmətləri sahəsində mütəxəssislər üçün ixtisasartırma təklif edir.
Hal-hazırda fakültənin əsas məqsədi hər təhsil pilləsinə uyğun ixtisaaslı müəllim və pedaqoqlar yetişdirməkdir.
Fakültənin təklif etdiyi nəzəri, habelə tətbiqi fənlər son elmi nailiyyət və texnoloji inkişaf ilə daim maraqlanan və bu inkişafı öz tədris fəaliyyətlərinə tətbiq etmək qabiliyyəti və həvəsi olan perspektivli müəllimlərə peşəkar olmaq imkani verir.
Ph.D Dekan
Telefon: (+994 12) 421 10 93 (253)
E-mail: esemedova[at]khazar.org
Telefon: (+994 12) 421 10 93 (233)
E-mail: averdiyeva[at]khazar.org
Dekan assistenti
E-mail: saslanli[at]khazar.org
Dekan assistenti
E-mail: naliyev[at]khazar.org