Təhsildə tədqiqat, Xəzər universitetinin qurulmasında ən əhəmiyyətli və həyati ideya olaraq, hələ universitet təşkilatının yaranmasından çox-çox əvvəl ortaya çıxmış, onun gələcək stratejik inkişafında əsas amil olmuşdur. 1992-ci ildən Xəzər Universiteti Koliforniya universiteti ilə Los Angelesdə Universitetin İdarəedilməsi sahəsində əməkdaşlıq proqramı çərçivəsində fəaliyyətə başladı. Bu əməkdaşlıq proqramının stukturuna uyğun olaraq Xəzər Universitetində Təhsil və İnformasiya Mərkəzi yaradıldı. Daha sonra isə həmin mərkəz. Avropa Komissiyasının dəstəyi ilə “Təhsildə Keyfiyyətin Yoxlanılması Mərkəzi” olaraq yenidən formalaşdırıldı.
Beləliklə, Xəzər Universitetinin müəllimləri “Azərbaycan regionlarında müəllim” adlı təlim proqramını, məcburi qaçqın və köçkün düşərgələrində də həyata keçirməyə başladılar. Daha sonra universitetdə analoqu olmayan “İqsadiyyat və Biznes Tətqiqatları və Təhsil Mərkəzi” yaradıldı. Bu mərkəz, Bakıda və respublika regionlarındakı müəllimlər və sahibkarlar üçün iqsadiyyat və bizneslə bağlı təlim proqramlarını özündə birləşdirdi.
2003-cü ildə İbtidai Təhsilin Metodikası ixtisası üzrə bakalavr pilləsi üçün müsabiqə elan edildi. Universitet qurulandan bəri gənc nəsil müəllimlərə böyük köməklik göstərir və onların irəliləyişi üçün şərait yaradır.
Təhsil fakültəsi 2009-cu ildən Azərbaycan Dili və ədəbiyyatı, Riyaziyyat və Kompüter, Kimya və Biologiya, Tarix və Coğrafiya ixtisası üzrə bakalavr proqramları təklif edir.