CMS 101 : Kompüter Elmlərinə giriş (6 ECTS kredit)
Prerekvizit : Yox
Tələbələr kompüterlərin nəsilləri, computer sistemlərinin hissələri, kompüterin aparat və proqram təminatı, verilənlər, İnternetin əsasları və funksiyaları ilə tanış olurlar.
CMS 105: Kompüter Proqramlaşdırmasının əsasları (6 ECTS kredit)
Prerekvizit : CMS 101
Proqramlaşdırmanın prinsiplərinə və prosedur düşüncəyə giriş. Prosedur abstraksiya, verilənlərin abstraksiyası, modulluq, obyekt-yönümlü proqramlaşdırma. Proqramlaşdırma dili sxemi və kompüter vasitələrindən istifadə edir. Ədədi və simvolik proqramlardan ibarət proqramlaşdırma tapşırıqları.
CMS 112: İnformasiya Texnologiyalarının Əsasları (CISCO kursu) (6 ECTS kredit)
Prerekvizit : CMS 101
Tələbələr aparat və proqram vasitələrinin funksiyaları, həmçinin texniki xidmət (təmir) və təhlükəsizlik məsələlərində ən yaxşı təcrübələri öyrənirlər. Tələbələr praktiki fəaliyyət və laboratoriyalar vasitəsilə kompüterlərin yığılması və konfiqurasiyası, əməliyyat sistemi və proqramların yazılması və aparat və proqram vasitələrindəki problemləri aradan qaldırmağı öyrənəcəklər. Bundan başqa, şəbəkələrə giriş də bu kursa daxil edilmişdir.
CMS 115: Sistem Proqramlaşdırma (6 ECTS kredit)
Prerekvizit : CMS 101
Assembler dili və əməliyyat sistemləri əsaslarına giriş kursu. Say sistemləri, maşın dili və assembler dili. Assembler. Əməliyyat sistemləri: proseslər, proseslərin idarə edilməsi, giriş/çıxış proqramlaşdırma, yaddaşın idarə ediməsi, fayl sistemləri.
CMS 202: Kompüterlərin mühəndislikdə tətbiqi (6 ECTS kredit)
Prerekvizit : CMS 101
Mühəndislikdə kompüterlərin tətbiqinə aid praktiki kursdur. Mövzular mətn redaktorları, elektron cədvəllər, verilənlərin idarə edilməsi, qrafika və telekommuniasiyanı əhatə edir.
CMS 204: C Proqramlaşdırma dili (8 ECTS kredit)
Prerekvizit : CMS 101
Giriş/çıxış, dəyişənlərin tipləri, operatorlar, massivlər, funksiyalar, strukturlar, makroslar və genişləndirilmiş funksiyalar. Alqorutmik, prosedur proqram həlli.
CMS 208: Kompüter elmlərinin riyazi əsasları (6 ECTS kredit)
Prerekvizit : CMS 105
Sonlu və struktur riyaziyyatın əsas anlayışları. Çoxluqlar, aksiomatik sistemlər, predikat cəbri və qraflar nəzəriyyəsi. Kompüter elmlərinin tətbiqi: ardıcıl maşınlar, formal qrammatika və proqram təminatı dizaynı.
CMS 213: Verilənlərin analizi və qiymətləndirilməsi (6 ECTS kredit)
Prerekvizit : EENG 302
Tələbələrə təsadüfi verilənlərin analizi və qiymətləndirmə prosedurlarının praktiki aspektləri təqdim olunur. Təsadüfi verilənlərin statistik xarakteristikaları, korrelyasiya, spektral sıxlıq, giriş/çıxış münasibətləri, statistik xətalar, bağlılıq funksiyaları, verilənlərin alınması və emalı üsulları.
CMS 215: Verilənlərin strukturu (6 ECTS kredit)
Prerekvizit : CMS 204
Verilənlərin ilkin strukturları. Massivlər. Steklər. Növbə. Ardıcıl yaddaşın paylanması. Keçid konsepsiyası. Ağaclar, qraflar. Verilənlərin strukturunun tətbiqi.
CMS 218: Verilənlərin strukturu və alqoritmlər (8 ECTS kredit)
Prerekvizit : CMS 215
Qraflar. Çeşidləmə. Heş. Ağacvari strukturlar. Axtarış strukturları. Komplekslik. Paralel alqoritmlər. Faylların təşkili.
CMS 221: Kompüter əsasında informasiyanın emalı (6 ECTS kredit)
Prerekvizit : CMS 101
Kompüterlərin nəsilləri. Kompüter sisteminin komponentləri : mərkəzi emal qurğusu, giriş, çıxış və köməkçi yaddaş qurğuları. Faylların təşkili. Verilənlərin rabitəsi. Əməliyyat sistemləri. Sistemlərin təhlili və dizayni. Verilənlər bazasının idarəetmə sistemləri. Verilənlərin təsviri və emalı, mətn redaktoru, electron cədvəllər kimi tətbiqi proqram təminatı.
CMS 230: İnternet Proqramlaşdırma (6 ECTS kredit)
Prerekvizit : CMS 105
İnternet və World Wide Web alətləri və resurslarına giriş. İnternet utilitləri, multimediya və təhlükəsizlik problemləri. Tələbələr HTML ilə praktiki biliklər əldə edəcəklər. Java Script kimi dillərdə apletlər.
CMS 280: CISCO Şəbəkə Administratoru Sertifikatı 1 (CCNA 1) (6 ECTS kredit)
Prerekvizit : CMS 202
Bu kurs şəbəkə və telekommunikasiya texnologiyaları, aparat və proqram təminatı da daxil olmaqla, verilənlərin rabitəsi və şəbəkə tələbləri üzrə dərin bilik verir. Əsas diqqət təşkilatlarda şəbəkə tətbiqlərinin təhlili və dizaynına verilir. Telekommunikasiya şəbəkələrinin idarə edilməsi, xərc-mənfəət təhlili və keçid variantların qiymətləndirilməsi. Tələbələr müxtəlif rabitə variantlarını qiymətləndirməyi, seçməyi və həyata keçirməyi öyrənirlər.
CMS 290: CISCO Şəbəkə Administratoru Sertifikatı 2 (CCNA 2) (6 ECTS kredit)
Prerekvizit : CMS 280
Bu kurs tələbələri cari və inkişaf etməkdə olan şəbəkə texnologiyası sahəsində sinif və laboratoriya təcrübəsi ilə təmin edir ki, bu da onlara kompüter şəbəkəsi sahəsində işə və yaxud gələcəkdə təhsil və təlimə daxil olmağa imkan verəcəkdir. Məzmunun hazırlanmasında cari sənaye standartları və peşə analizinin tapşırıq təhlilindən istifadə edilmişdir. CCNA 2 ilkin marşrut konfiqurasiyası, Cisco IOS proqram idarəetməsi, marşrutlaşdırma protokol konfiqurasiyası, TCP/IP, və kontrol siyahısına (ACL) diqqət verir. Tələbələr marşrutu necə konfiqurasiya etməyi, Cisco IOS proqramını idarə etməyi, marşrutlaşdırma protokolların konfiqurasiyası və marşrutlaşdırmada nəzarət siyahıları yaratmaq üçün bacarıqları inkişaf edəcəklər.
CMS 301: Əməliyyat Sistemləri (6 ECTS kredit)
Prerekvizit : CMS 101, CMS 202
Əməliyyat sistemlərinin yaradılması və tətbiqinin nəzəri və texniki əsaslarına giriş. Çoxtapşırıqlı əməliyyat sistemləri, UNIXə xüsusi vurğu.
CMS 303: Rəqəmsal Məntiq (8 ECTS kredit)
Prerekvizit : EENG 302
Rəqəmsal sistemlərə giriş. Dövrələr və kompüterin təşkili daxil olmaqla komputerin aparat vasitələrinə tətbiq kimi ardıcıl və qeyri ardıcıl məntiq.
CMS 307: Rəqəmsal sistemlərin məntiqi dizaynı (8 ECTS kredit)
Prerekvizit : EENG 302
Kombinə edilmiş və ardıcıl sistemlərin texniki şərtləri və tətbiqi. Standart məntiqi modullar və proqramlaşdırıla bilən məntiqi massivlər. Alqoritmik sistemlərin texniki şərtləri və tətbiqi : verilənlər və idarə bölmələri. Say sitemləri və hesab alqoritmləri. Rəqəmsal informasiya üçün xəta nəzarət kodları.
CMS 308: Kompüterlərin arxitekturası və təşkili (6 ECTS kredit)
Prerekvizit : CMS 307
Kompüter təlimatları; dəqiqlik və nəzarət; təlimatların icrası; giriş/çıxış və dayanma; Mərkəzi prosessorun təşkili; bus konsepsiyası; verilənlərin ötürülməsi və manipulyasiya; mərkəzi yaddaş; ünvanlaşdırma, mikro proqram ardıcıllığı; hesab prosessor dizaynı; giriş/çıxış təşkili; periferik qurğular ; giriş/çıxış interfeysi; birbaşa yaddaş imkanı; multiprosessor sisteminin təşkili; verilənlərin rabitə prosessorları; yardımçı yaddaş; virtual yaddaş; keş yaddaş və yaddaşın idarə edilməsi.
CMS 309: Kompüter şəbəkələri və rabitə (6 ECTS kredit)
Prerekvizit : CMS 202, CMS 218
Bu kurs kompüter şəbəkələrinin əsas anlayışları və prinsiplərini təqdim edir. Müxtəlif şəbəkə komponentləri və bu komponentlərin birlikdə uyğunluğu təqdim olunur. Kurs aparat vasitələrini funksional rabitə sisteminə çevirən şəbəkə proqram tminatının dizayn və tətbiqini vurğulayır. Real şəbəkələr (İnternet, ATM, Ethernet, Token Ring kimi) anlayışları gücləndirmək və müxtəlif protokolları nümayiş etmək üçün nümunə kimi istifadə olunur.
CMS 314: İnformasiya Menecmenti (8 ECTS kredit)
Prerekvizit : CMS 218
İnformasiyanın təsviri, saxlanılması və emalı üçün nəzəri modellər. Əməliyyat verilənlər bazaları, məlumat anbarları, biliklərin idarəetmə sistemləri kimi təşkilati informasiya resurslarının təhlili, dizaynı, həyata keçirilməsi və idarə olunması.
CMS 316: Verilənlər bazalarının idarəetmə sistemləri (6 ECTS kredit)
Prerekvizit : CMS 218
Verilənlər bazasının idarəetmə sisteminin dizaynı və həyata keçirilməsi üçün zəruri anlayışlar və strukturları vurğulayır. Faylların təşkili, relyasiya modeli və relyasiya verilənlər bazası sistemləri. SQL, Oracle və digər verilənlərin idarəetmə yanaşmaları. Verilənlər bazasının dizayn prinsipləri. Paylanmış verilənlər bazası, obyekt-yönümlü verilənlər bazaları, real zaman verilənlər bazaları və multimedia verilənlər bazaları kimi seçilmiş mövzular müzakirə olunacaqdır.
CMS 321: Əməliyyatlar Tədqiqi (6 ECTS kredit)
Prerekvizit : CMS 101, CMS 105
Xətti proqramlaşdırma, nəqliyyat problemi, qeyri-xətti proqramlaşdırma, Tam proqramlaşdırma.
CMS 336: Alqoritmlərin dizaynı və analizi (6 ECTS kredit)
Prerekvizit : CMS 218
Analiz üsulları, pekurrent tənliklərin həlli. Alqoritmlərin layihəsi üsulları : bölmə və fəth etmə, qayıdış metodu, budaqlar və sərhədlər metodu və dinamik proqramlaşdırma. Çeşidləmə və seçilmə alqoritmləri, hip və prioritet növbə.
CMS 345: Mikroprosessorlar və Mikrokompüterlər (6 ECTS kredit)
Prerekvizit : CMS 307
Mikroprosessorların və mikrokompüterlərin arxitekturası ilə tanışlıq. Hesab məntiqi qurğunun strukturu. Assembler proqramlaşdırma dili. Taymer və kəsilmələr. Paralel və serial giriş/çıxış proqramlaşdırma.
CMS 350: Kompüter Qrafikası (6 ECTS kredit)
Prerekvizit : CMS 204
Qrafik aparat vasitələri, nöqtə və xətt çəkən ekranalr, ekran prosessorları, ekran fayl kompilyatoru, iki və üç ölçülü təsvir və ötürülmə, interaktiv üsullar.
CMS 415: Süni İntellekt (6 ECTS kredit)
Prerekvizit : CMS 316
Bu kurs tələbələri Süni İntellektin əsas principləri ilə tanış edir. Kurs həllin axtarılması, axtarış strategiyaları, biliklərin təsviri və nəticələrin çıxarılması və süni intellektin öyrətmə metodlarını əhatə edir. Təbii dilin emalı, ekspert sistemlər, təsvirlərin anlaşması və robotika kimi mövzular da tədqiq ediləcəkdir.
CMS 417: İntellektual İnformasiya Sistemləri (6 ECTS kredit)
Prerekvizit : CMS 316
Verilənlərin və biliklərin təsviri, sorğuların emalı, informasiyanın bərpası. Qeyri-səlis sorğuların emalı. İntellektual verilənlər bazaları və biliklərə əsaslanan sistemlər.
CMS 420: Obyekt-yönümlü proqramlaşdırma dilləri (8 ECTS kredit)
Prerekvizit : CMS 204, CMS 215
Obyekt-yönümlü proqramlaşdırma dillərinə giriş. C++ və Java ilə proqramlaşdırma.
CMS 425: Soft Kompütinq (6 ECTS kredit)
Prerekvizit : CMS 204, CMS 316
Bu kurs Soft Kompütinqin əsas anlayışlarıni və üç əsas hissəsini : Qeyri-səlis məntiq, Neyron şəbəkələr və Genetik Alqoritmləri əhatə edir. Kurs nəzəri əsaslarla yanaşı müxtəlif alət və üsullardan istifadə etməklə praktiki tətbiqləri özündə birləşdirir.
CMS 430: Proqram təminatının layihələndirilməsi texnikası (6 ECTS kredit)
Prerekvizit : CMS 420
Struktur proqramlaşdırması, proqram spesifikasiyası, proqramın dürüstlüyü, modulluq, abstract verilənlər tipi, mürəkkəb dizayn, proqram vasitələri alətləri, proqram vasitələrinə nəzarət sistemi, proqramın test edilməsi, qrup proqramlaşdırma.
CMS 445: İnformasiya Sistemlərinin layihələndirilməsi (6 ECTS kredit)
Prerekvizit : CMS 314
Planlaşdırma və qiymətləndirmə. Risklərin analizi və idarə edilməsi. Spesifikasiya texnikaları. Process modelləşdirilməsi. Ölçmə və qiymətləndirmə. İnformasiya sistemlərinin inkişaf metodologiyaları. Müqayisəli sorğu. Informasiya sistemlərinin inkişafında keys texnologiyası.
CMS 450: Veb Dizayn və layihələndirmə (8 ECTS kredit)
Prerekvizit : CMS 230, CMS 336
Veb yönümlü və klient-server sistemlərin analizi, layihələndirilməsi, qurulması və tətbiqi. Klient-server və Veb test, klient-server və Veb texnologiya arxitekturası, dəstək servisləri, Veb verilənlər bazası tətbiqinin dizaynı və proqramlaşdırması.
CMS 470: Yay təcrübəsi (6 ECTS kredit)
Yay təcrübəsi tələbələrə nəzəri biliklərini real həyat şəraitinə tətbiq etmək imkanı yaradır. Tələbələr ölkənin aparıcı İT müəssisələrinin kompüter sistemləri və proqram təminatı ilə tanış olur və praktiki bacarıqlara yiyələnirlər.
CMS 501: Süni İntellekt Proqramlaşdırması (6 ECTS kredit)
Prerekvizit : CMS 415
Süni İntellekt proqramlaşdırması alətləri, üsulları və problemləri, Süni İntellekt tətbiqləri üçün funksional proqramlaşdırma. LİSP dili. Məntiqi proqramlaşdırma üsulları. Süni İntellekt proqramlaşdırma dilləri və süni intellektin xüsusiyyətləri.
CMS 502: İntellektual Sistemlər (6 ECTS kredit)
Prerekvizit : CMS 415
İntellektual sistemıərin əsas elementləri. Biliklərin təsvir edilməsi.
Produksiya qaydalar, semantik şəbəkələr, freymlər, məntiqi modellər, skriptlər.
İntellektual sistemlərin layihələndirilməsi vasitələri. İntellektual
sistemlərin layihələndirilməsi mərhələləri. İntellektual sistemlərin layihələndirilməsinin aparat və proqram vasitələri. Ekspert sistemlər.
VP-Expert ilə ekspert sistemlər.
CMS 503: Ekspert Sistemlər (6 ECTS kredit)
Prerekvizit : CMS 415, CMS 425
Ekspert Sistemlərin əsas strukturu və funksiyaları. Biliklərin əldə edilməsi. Biliklər bazası modulu. Qeyri-səlis mühakimə. Qeyri-səlis ekspert sistemlər. Ekspert sistemlərdə əminlik dərəcəsi və onun qiymətləndirilməsi. Hibrid və paylanmiş ekspert sistemlər.
CMS 505: Qeyri-səlis məntiq (6 ECTS kredit)
Prerekvizit : CMS 425
Qeyri-səlis məntiq, qeyri-səlis çoxluqlar, onlar üzərində əməllər. Qeyri-səlis məntiqin tətbiqi, obrazların qavranılması, kontrollerlər, təsvirlərin emalı.
CMS 507: Qərarların qəbul edilməsinin
əsasları (6 ECTS kredit)
Prerekvizit : CMS 202, CMS 321
Qərarların qəbul edilməsinə giriş. Verilənlərin analizi. Çoxölçülü reqressiya analizi. Modellər və modellərin qurulması. Qərarların dəstək sistemləri. Optimizasiya modelləri. Simulyasiya modelləri : Monte-Karlo simulyasiyası, elektron cədvəllə simulyasiya, Risklərin analizi, qeyri müəyyənlik şəraitində qərarların qəbul edilməsi.
CMS 510: Neyron Şəbəkələr (6 ECTS kredit)
Prerekvizit : CMS 309, CMS 415
Sadə və qeyri-səlis neyron modelləri. Mənsubiyyət funksiyalarının formaları. İyerarxik neyron şəbəkələri. Feedforward və feedback şəbəkə. Təkqat və çoxqat şəbəkə. Qeyri-səlis min-max neyron şəbəkələri. Qeyri-səlis neyron şəbəkələrdə öyrənmə.
CMS 512: Obrazların qavranılması (6 ECTS kredit)
Prerekvizit : CMS 321, CMS 415
Verilənlərdən (məlumatlardan) və təsvirlərdən çıxartma xüsusiyyətləri. Təsvirlərin təsnifatı. Bölmələrə ayırma. Qərar qəbuletmə funksiyası. Obrazların sinifləşdirilməsi. Qavrama alqoritmi. Təlim seçimi. Qavrama üçün stoxastik və adaptiv təlim alqoritmləri.
CMS 515: Paylanmış İntellektual Sistemlər (6 ECTS kredit)
Prerekvizit : CMS 309, CMS 417
Paylanmış İntellektual Sistemlərin strukturu : nəzarət şəbəkəsi və iyerarxik şəbəkə. Paylanmış İntellektual Sistemlərdə intellektual sistemlərin qarşılıqlı əlaqəsinin təşkili: Birbaşa əlaqə və qeyri-birbaşa əlaqə. Paylanmış İntellektual Sistemlərdə koordinasiya.
CMS 517: Hibrid İntellektual Sistemlər (6 ECTS kredit)
Prerekvizit : CMS 415, CMS 425
Qeyri-səlis sistemlərin Neyro-qeyri-səlis müəyyən modeli. Qeyri-səlis sistemlər üçün Neuro-qeyri-səlis tanımlayıcılar və kontrollerlər. Nəzarət sistemlərində qeyri-səlis neyron şəbəkə yanaşma. Neyron şəbəkənin birbaşa fuzzifikasiyası. Neyron şəbəkələri ilə qeyri-səlis nəticə çıxarma qaydalarının öyrənmə metodu.
CMS 520: İnternet araşdırmalarında müasir mövzu (6 ECTS kredit)
Prerekvizit : CMS 309, CMS 450
İnternetin inkişaf tarixi və TCP / IP protokol dizaynının əsas fundamental prinsipləri. Multicast marşrutlaşdırma protokolları, multicast nəqliyyat protokolları (məsələn, real-vaxt, nəqliyyat protokolu, RTR və SRM), inteqrasiya xidmətləri üçün dəstək daxil olmaqla cari tədqiqat mövzularının müzakirəsi. World Wide Web, Internetin multimedia tətbiqləri. Şəbəkə protokol dizaynı və tətbiqinin fundamental məsələləri.
CMS 521: Kompüter Şəbəkələri (yüksək səviyyə) (6 ECTS kredit)
Prerekvizit : CMS 309, CMS 450
Yeddi qat ISO-OSI modelinin tədqiqi. Yüksək sürətli şəbəkələr: LAN, MAN, ATM. Axın və çox yüklənməyə nəzarət; buraxılabilmə zolağının yerləşdirilməsi. Şəbəkələrin əlaqəsi.
CMS 522: Şəbəkə Proqramlaşdırması (6 ECTS kredit)
Prerekvizit : CMS 309, CMS 450
Kompüter rabitəsinin əsasları və OSI aşağı səviyyəli protokollar. Yüksək səviyyəli protokollar: nəqliyyat, sessiya, təqdimat və tətbiqi qat. Protokol dəqiqləşdirilməsi, yoxlanması və testləşmə üçün formal üsullara giriş. IPX, SPX, TCP/IP, NetBEUI protokolları və onların tətbiqi proqramlarda istifadəsi. Yüksək səviyyəli dillərdə şəbəkə proqramlaşdırması. Məsafədən çağırış prosedurları və proqramlaşdırma.
CMS 524: Kompüter Arxitekturası (yüksək səviyyə) (6 ECTS kredit)
Prerekvizit : CMS 308
Multiprosessor sistemləri və ixtisaslaşdırılmış maşın detalları daxil olan yeni texnoloji inkişafları əhatə edən müasir kompüter arxitekturası. Məlumat axını maşınları, yüksək səviyyəli dil prosessoru və assosiativ prosessorlar kimi yeni anlayışlara xüsusi diqqət olunacaq.
CMS 526: Biliklərin təsviri texnikası (6 ECTS kredit)
Prerekvizit : CMS 105, CMS 415
Əsas anlayışlar və üsullar. Biliklərin təsviri. Nəticələrin hazırlanması. Ekspert sistemi üçün alətlər və dillər. Biliklər mühəndisliyi və ekspert sistemlərin yaradılması. Biliklərin əldə edilməsi. Ekspert sistemlərin tətbiqi.
CMS 530: Kompüter Qrafikası (yüksək səviyyə) (6 ECTS kredit)
Prerekvizit : CMS 350
Transformasiya həndəsəsi, standart qrafik sistemlər. Splayn və interpolyasiya, görünən səthi alqoritmlər. Gizli səthi modellər, müxtəlif səth növlərinin göstərilməsi. Kölgə texnikası.
CMS 535: Multimedia Sistemləri (6 ECTS kredit)
Prerekvizit : CMS 350, CMS 420
Multimedia sistemləri, qrafika, audio, video, animasiyanın aparat və proqram vasitələri. Yüksək səviyyəli dillərdə multimedia sistemləri komponentlərinin proqramlaşdırmasının əsas aspektləri; 3D modellərdə animasiya, procedural animasiya, hissəcik sistemi, fraktalların Furye sintezi, su dalğaları, bulud burulğanlığı və alov, slayd təqdimatı, film fayllarının yaradılması. Multimedia sistemlərinin beynəlxalq standartları (MPEG-1 - MPEG-7). AVI fayllarını yaratmaq üçün Macromedia Flashdən istifadə edilməsi.
CMS 540: Şəkilli və Multimedia Verilənlər Bazaları (6 ECTS kredit)
Prerekvizit : CMS 316, CMS 535
Şəkilli və multimedia informasiya sisteminin tələbləri. Verilənlərin modelləri və müraciət; alternativlər. Verilənlər bazaları sistemləri. Vizual dillər və rabitə. Hypertext. Verilənlər bazasının dizaynı və təşkili, məntiqi və fiziki dizayn. Verilənlər bazasının heterogenliyi və paylanması.
CMS 543: Paylanmış Verilənlər bazaları Sistemləri (6 ECTS kredit)
Prerekvizit : CMS 316, CMS 540
Fayl yerləşdirilməsi, intellektual kataloq dizaynı, əməliyyatın idarə edilməsi, çıxılmaz vəziyyət, güclü və zəif eyni zamanda parallel yerinə yetirmələrə nəzarət, fiksasiya protokolları, çox ölçülü verilənlər bazası sistemləri, defektlərin bərpa texnikası, şəbəkənin seksiyalara bölünməsi, nümunələr, mübadilə və dizayn təcrübələri.
CMS 545: Proqramlaşdırma dilləri (6 kredit)
Prerekvizit : CMS 430
Bütün proqramlaşdırma dillərinin əsas anlayışları; qərar qəbul etmə vaxtı, görüntü, yada saxlama, yaddaşın idarə edilməsi, abstraksiya mexanizmləri və genişlənmə daxil olan semantik aspektlər; əməliyyat və təyinat semantik specifikasiyalar; xüsusilə verilənlərin təsviri, nəzarət rejimləri kodun təsviri və daşıma daxil olan çox yüksək səviyyəli dillər üçün dizayn və tətbiq məsələləri.
CMS 548: Obyekt-yönümlü proqramlaşdırma dilləri (yüksək səviyyə) (6 ECTS kredit)
Prerekvizit : CMS 420
Kurs obyekt-yönümlü proqramlaşdırmanın anlayışları və dizaynı, alqoritmlər, problemin formalaşması, struktur proqramlaşdırma, dəyişənlər, ilkin və abstrak verilənlər növləri, verilənlərin strukturları, giriş/çıxış faylı və sətirlər üzərində əməllər, çeşidlənmə və axtarış, nəzarət strukturları və standart alqoritmlər, massivlər və rekursiyaya əsaslanır. Bu kurs yüksək səviyyəli blok strukturlaşdırılmış və obyekt-yönümlü proqramlaşdırma dillərini istifadə edir.
CMS 550: Proqram təminatının layihələndirilməsi texnikası (yüksək səviyyə) (6 ECTS kredit)
Prerekvizit : CMS 420, CMS 430
Proqram vasitələrinin yaradılması, testləşdirilməsi, və çatdırılma üsulları və alətləri. Verilənlərin abstraksiyası və çoxişlənən komponentlərə istinad edilir. Tələbələr qruplarda işləyərək dizayn sənədləri, istifadəçi üçün bələdçi, və proses hesabatları özündə əks edən mühüm proqram məhsulunu tətbiq edirlər.
CMS 555: Verilənlərin Strukturları (yüksək səviyyə) (6 ECTS kredit)
Prerekvizit : CMS 215
Axtarış, təsvirlərin emalı, və hesablama həndəsə, çoxölçülü verilənlər strukturları, verilənlərin strukturlarının dinamizminə, məkan məlumat strukturları, parallel və paylanmış mühitdə verilənlər strukturlarının tətbiqi ilə müasir verilənlər strukturları.
CMS 560: Verilənlərin analizinin kompüter metodları və modellərin formalaşması (6 ECTS kredit)
Prerekvizit : CMS 316
Empirik müşahidələr nəzəriyyəsinin şərh edilməsi, ümumiləşdirilməsi və formalaşdırılmasında kompüterlərin istifadəsi üsulları. Hesablama mürəkkəbliyi, saxlanılması tələbləri və kompüter modellərinin dəqiqliyi arasında mübadilənin riyazi təhlili.
CMS 563: Texniki və statistik verilənlərin rəqəmsal emalı (6 ECTS kredit)
Prerekvizit : CMS 321
Mühəndis və statistik verilənlərin emalı üçün kompüter üsulları. Rekursiv filter funksiyalarının qiymətləndirilməsi alqoritmləri, Furye sıraları, güc spektrləri, korrelyasiya hesablamaları təhlili və statistik test qiymətləndirmə.
CMS 570: Proqram Strukturları Nəzəriyyəsi (6 ECTS kredit)
Prerekvizit : CMS 430
Kompüter proqramları modelləri və onların sintaksis və semantikası; proqramlar və rekursiya sxemlərinə vurğu; ekvivalentlik, optimallaşdırma, düzgünlük, və proqramların çevrilə bilməsi; proqramların qurulması və verilənlərin strukturları; seçilmiş cari mövzular.
CMS 580: Proqram təminatının layihələndirilməsi sistemləri (6 ECTS kredit)
Prerekvizit : CMS 430
Proqramların mütləq doğru sistemlərinin layihələndirilməsi və qurulması üçün metodologiya və kompüter əsaslı sistemlər. Struktur dizayn; struktur proqramlaşdırma; kompüter dəstəkli proqram təminatının layihələndirilməsi texnikası. Nəzəri əsaslar və cari tədqiqatlar.
CMS 583: Kompüter dəstəkli dizayn sistemlərinin prinsipləri (6 ECTS kredit)
Prerekvizit : CMS 350, CMS 530
Kompüter dəstəkli dizayn sistemləri sahəsinə giriş. Nəzəriyyəsi və geniş tətbiqləri.
CMS 590: Kompüter Elmləri sahəsində xüsusi mövzular (6 ECTS kredit)
Kataloqda siyahıda göstərilməyən kurslar xüsusi mövzulu kurslara aiddir. Kursun məzmunu tələbələrin və müəllimlərin maraqlarından asılı olaraq ildən ilə dəyişir. Kurslara kompüter elmləri üzrə müxtəlif mövzular aiddir.
CMS 600: Magistr tezisi (12 ECTS kredit)
Elmi-tədqiqat işi. Rəhbərin verdiyi mövzu əsasında fərdi olaraq yerinə yetirilir. Işin nəticələri tezis şəklində təqdim olunmalıdır.
CMS 610: İntellektual Sistemlər (yüksək səviyyə) (6 ECTS kredit)
Prerekvizit : CMS 415, CMS 502
Bu kurs praktiki kurs olub tələbələri İntellektual Sistemlərin analizi və dizaynı üçün alətlər dəsti ilə tanış edir. İntellektual Sistemlərin yaradılması, Tətbiqi Süni İntellektual Sistemlər, Verilənlərin təhlili, Dilin anlaşması, Təsvirlərin anlaşması, Nitqin tanınması, İntellektual agent.
CMS 620: Modelləşdirmə və biznes qərarların analizi (6 ECTS kredit)
Prerekvizit : CMS 507
Bu kurs biznesdə qərarların qəbulu üçün modelləşdirmə üsulları və analizini əhatə edir. Modelin qurulması. Qərarılarn strukturu. Qərarların qəbulu. Qərarların modelləşdirilməsi. Qərar modellərinin növləri. Qərar modellərinin yaradılması.
CMS 630: Neyron Şəbəkələri (yüksək səviyyə) (6 ECTS kredit)
Prerekvizit : CMS 425, CMS 510
Bu kurs neyron şəbəkələri üzrə praktiki kursdur. Neyron Şəbəkələrin strukturu. Neyron Şəbəkələrin öyrədilməsi alqoritmləri. Nəzarət olunan öyrətmə. Nəzarət olunmayan öyrətmə. Gücləndirilmiş öyrətmə. Back-Propagation alqoritmi. Neyron Şəbəkələrin tətbiqi.
CMS 635: Zaman sıralarının proqnozlaşdırılması (6 ECTS kredit)
Prerekvizit : CMS 507
Bu kurs zaman sıraları modellərini əhatə edir və zaman sıraları modellərindən istifadə etməklə proqnozlaşdırma üzrə praktiki nümunələr daxildir. Zaman sıraları elementləri. Zaman sıralarının parçalanması. Trend təhlili. Ən kiçik kvadratlar metodu. Mövsümiliyin təhlili.
CMS 640: Qeyri-səlis Məntiq və Sistemlər (6 ECTS kredit)
Prerekvizit : CMS 425, CMS 505
Bu kurs tələbələri qeyri-səlis məntiq və sistemlərlə tanış edən praktiki kursdur. Qeyri-səlis çoxluqlar və mənsubiyyət funksiyası. Qeyri-səlis ədədlər. Qeyri-səlis münasibət və kompozisiya. Qeyri-səlis nəticə çıxarma sistemləri. Qeyri-səlis məntiqin tətbiqi.
CMS 646: Şəbəkə Təhlükəsizliyi Sistemləri (yüksək səviyyə) (6 ECTS kredit)
Prerekvizit : CMS 521
Kursda ümumi təhlükəsizlik prosesləri və sistemlərinə baxılır. Xüsusi diqqət təhlükəsizlik siyasəti sahəsində praktiki bacarıqlara, təhlükəsizlik texnologiyaları, mühafizə sistemi (firewall) və təhlükəsiz marşrut dizaynı, AAA tətbiqi, müdaxilənin aşkarlanmasının (IDS) tətbiqi və VPN tətbiqinə verilir.
CMS 650: Risklərin analizi və qiymətləndirilməsi (6 ECTS kredit)
Prerekvizit : CMS 507
Kurs risklərin təhlili və qiymətləndirilməsinin yüksək səviyyəli metodları və üsullarını əhatə edir. Maliyyə riskləri. Biznesdə risk. Risklərin analizi metodları. Risklərin qiymətləndirilməsi. Risklərin idarə edilməsi. Risklərin analizi və qiymətləndirilməsi modelləri. Model seçimi metodologiyası.
CMS 654: Mühəndislikdə Ekonometrik Analiz (6 ECTS kredit)
Prerekvizit : CMS 507
Bu kurs ekonometrik analizin qabaqcıl metodları və üsullarını əhatə edir. Ekonometrik təhlil. Reqressiya analizi. Xətti reqressiya. Çoxölçülü xətti reqressiya. Qeyri-xətti reqressiya. Ən kiçik kvadratlar.
CMS 660: Biliklərin təsviri texnikası (yüksək səviyyə) (6 ECTS kredit)
Prerekvizit : CMS 526
Bu kurs praktiki kurs olub tələbələri biliklərin təsviri texnikası ilə tanış edir. Biliklərə əsaslanan sistemlər. Biliklərin əldə edilməsi və yoxlanması. Biliklərin təsviri modelləri.
CMS 665: Genetik Alqoritmlər (6 ECTS kredit)
Prerekvizit : CMS 425
Bu kurs təkamül hesablamaları və genetik alqoritmlərin tətbiqinə yönəlmişdir. Təkamül hesablama. Genetik alqoritmlər. Hesablama modelləri. Seçmə. Axtarış operatorları. Təkamül alqoritmi. Yararlığın qiymətləndirilməsi. Populyasiya strukturu.
CMS 670: Verilənlərin təhlili və Model formalaşması (6 ECTS kredit)
Prerekvizit : CMS 507
Bu kurs tələbələrə verilənlərin analizi modellərini təqdim edən praktiki kursdur. Modellər və model formalaşması. Optimizasiya modelləri. Simulyasiya modelləri. Həssaslıq təhlili. Çoxölçülü reqressiya təhlili. Qeyri-müəyyənlik şəraitində qərarların qəbul edilməsi. Qərar ağacları. Qərarlara Dəstək Sistemlər.
CMS 680: Kompüter Mühəndisliyinin Müasir Problemləri (6 ECTS kredit)
Prerekvizit : CMS 520, CMS 550
Kurs informasiya texnologiyasının müasir problemləri, verilənlərin analizi, verilənlər bazasının dizaynı, veb sayt dizaynı, multimedia sistemləri, elektron ticarətə diqqət yetirir.
CMS 700: Ph.D. Dissertasiyası (24 ECTS kredit)
Ph.D dərəcəsi üçün tədqiqat proqramı tələbə və müəllim heyəti arasında tənzimlənir. Tələbə ikinci semestrin əvvəlindən başlayaraq və üçüncü semestrin əvvəlindən geç olmayaraq bütün semestrlər ərzində elmi-tədqiqat proqramı, yaxud dissertasiyanın yazılması davam edənə qədər bu kursa qeydiyyatdan keçir.