Xəzər Universitetində hər hansı bir ixtisas almaq üçün tələbələr bir sıra fənləri öyrənməli və imtahan verib tələb olunan miqdarda kredit toplamalıdır. Universitetdə hər fənn əsasən 3 kredit dəyərindədir. Bəzi fənlər isə 1,5 – 4 kreditlikdir. Kredit saatları əsas etibarilə fənn yükünü əks etdirir.
Xəzər Universitetində bakalavr dərəcəsi almaq üçün seçilən ixtisasdan asılı olaraq, ən azı 40 fənn oxumaqla 128-140 kredit toplamaq tələb olunur.
Magistr dərəcəsi almaq üçün, tezis də daxil olmaqla, minimum 7 fənn üzrə imtahan verib 32-60 kredit toplamaq tələb olunur.
Tələbələr yaz və payız semestrlərindən başqa, yay semestrlərində də 3-4 fənn (ən çox 10 kredit) oxumaqla, kredit qazana bilərlər.