Biznesin idarə olunması üzrə İxtisaslaşmadan asılı olaraq MBA proqramı biznesin müxtəlif sahələrinin idarə olunmasına dair dərin biliklər verir və bacarıqları inkişaf etdirir. MBA məzunları hər hansı bir təşkilatda rəqabət aparmaqda öz üstünlüklərini nümayiş etdirirlər.
Biznes aləmində lider mövqeyin tutulmasında MBA proqramında əldə edilmiş biliklər həlledici rol oynayır.
Proqramda əldə edilmiş bilik və bacarıqlar hər hansı bir təşkilatda tətbiq oluna bilər.Bu istər peşəkar menecerlər, istərsə də sahibkarlıq arzusunda olanlar üçün münasibdir.
MBA proqramı beynəlxalq təcrübəyə əsaslanaraq hazırlanmışdır. Bu proqram üzrə dərs deyən müəllimlərin əksəriyyəti aparıcı xarici universitetləri bitirmiş və ya həmin universitetlərdə ixtisaslarını artırmışlar.
Xəzər Universitetinin tanınmış xarici universitetlərlə sıx əlaqələri intellektual resurslar və təcrübə mübadiləsi üçün geniş imkanlar yaradır. Məhz bu amillərə görə universitetimizin MBA proqramı hər hansı bir biznes problemini, geniş maraq dairəsi baxımından tədqiq etməyə, liderlik və sahibkarlıq istedadları və peşəkar bilikləri inkişaf etdirməyə imkan yaradır.
Proqramın xülasəsi
Proqram iki illik müddət üçün nəzərdə tutulub. Tədrisdə müxtəlif üsullardan istifadə edilir– mühazirələr, seminarlar, müzakirələr, tətbiqi misalların təhlili, biznes simulyasiya, qrup fəaliyyəti. Biliklərin qiymətləndirilməsi üçün formal tapşırıqlar, qrup təqdimatları, kurs işləri və yazılı imtahanlardan istifadə edilir.
Proqramın üstünlüklərdən biri də ondan ibarətdir ki, dərs cədvəlinin tərtibində tələbələrin iş qrafikləri nəzərə alınır.
MBA dərəcəsinin tələbləri
MBA dərəcəsini almaq üçun tələbə proqramın məzmun və həcm tələblərini tam yerinə yetirməlidir. Proqram 45 kreditin toplanmasını nəzərdə tutur.
Tədris proqramı
A.İlkin tələblər
Cəbr və riyaziyyat
Kompüterdə işləmək vərdişləri
Ünsiyyət vərdişləri
B. Baza bilikləri
Biznes təhsili olmayan tələbələrə birinci semestrdə əlavə olaraq aşağıdakı fənlər təklif olunur:
Bakalavr dərəcəsi biznes ixtisası üzrə olmayan tələbə baza biznes kurslarının öyrənilməsindən azad olunmaq üçün bu fənləri qənaətbəxş səviyyədə bildiyini nümayiş etdirməlidir.
MBA proqramı Maliyyə, Mühasibat uçotu və audit, Beynəlxalq biznes, Menecment, Dünya iqtisadiyyatı, Enerji menecmenti və Biznesin idarə edilməsi ixtisaslarını təklif edir.
Maliyyə ixtisası məzunlara rəqabətli maliyyə mühitində maliyyə meneceri kimi müvəffəqiyyətlə fəaliyyət göstərmək üçün tələb olunan korporativ və beynəlxalq maliyyə, maliyyə bazarları, təşkilatlar və siyasətinə dair dərin biliklər verir.
Mühasibat uçotu və audit ixtisası biznes və dövlət təşkilatlarında peşəkar mühasib vəzifəsində çalışmaq arzusunda olanlara mühasibat məlumatlarını hazırlamaq, onlardan istifadə etmək, məlumatların hərtərəfli təhlil edilməsi üçün lazım olan dərin analitik biliklər verir, uyğun bacarıqları inkişaf etdirir.
Menecment ixtisası biznesin müxtəlif funksional sahələrində liderlik əldə etmək və peşəkar menecer kimi fəaliyyət göstərmək arzusunda olanlara hərtərəfli peşəkar biliklər verir.
Beynəlxalq biznes ixtisası üzrə təhsil alan tələbələr qlobal biznes mühitində müvəfəqiyyətlə fəaliyyət göstərmək üçün lazım olan funksional və peşə bilikləri əldə edir, eyni zamanda idarəetmə baxımından mühüm rol oynayan müxtəlif mədəni mühitlərlə yaxından tanış olurlar.
Biznesin idarə edilməsi ixtisası ümumi xarakter daşıyır, eyni zamanda tələbənin fərdi maraqlarına uyğun bir sıra fənləri seçmək və əlavə biliklər əldə etmək imkanı verir.
Enerji menecmenti ixtisasında tələbələr məhdud enerji sərvətlərindən səmərəli istifadə edilməsi, enerji təminatının təhlükəsizliyi, region problemləri və bütövlükdə enerjinin idarə edilməsinin qlobal problemləri ilə tanış olurlar.
KOD | FƏNLƏR | KREDITLƏR | ||
BİZNESİN ƏSASLARI | 30 | |||
ACC 801 | Maliyyə mühasibat uçotu | 3 | ||
MGT 810 | Strateji biznes ünsiyyət | 3 | ||
MGT 820 və ya MGT 800 | Qərarların qəbul edilməsinin əsasları Tətbiqi biznes statistikası | 3 3 | ||
FIN 830 | Maliyyə menecmenti | 3 | ||
ECON 830 | Menecment iqtisadiyyatı | 3 | ||
MGT 830 or MGT 832 və ya | Menecment və təşkilati davranış Təşkilati davranış | 3 3 | ||
ACC 840 | İdarəetmənin mühasibat uçotu | 3 | ||
MKT 840 və ya MKT 810 | Marketinq menecmenti Marketinq siyasəti | 3 3 | ||
MGT 850 | İstehsalatın və əməliyyatların menecmenti | 3 | ||
MGT 860 | Strateji menecment | 3 | ||
İXTİSASLAŞMA FƏNLƏRİ (Tələbənin seçimindən asılıdır) | 15 | |||
Maliyyə | Aşağıdakı fənlərdən beşi seçilməlidir: | |||
FIN 835 | Bank menecmenti | 3 | ||
FIN 840 | Maliyyə menecmenti və siyasəti | 3 | ||
FIN 845 | Beynəlxalq maliyyə | 3 | ||
FIN 850 | Maliyyə qurumaları və bazarları | 3 | ||
FIN 851 | İnvestisiyalar menecmenti | 3 | ||
FIN 855 | Vergiqoyma | 3 | ||
FIN 890 | Korporativ maliyyə (ali) | 3 | ||
Mühasibat uçotu | Aşağıdakı fənlərdən beşi seçilməlidir | |||
ACC 810 | Audit | 3 | ||
ACC 820 | Xərclərin Strateji İdarə edilməsi | 3 | ||
FIN 855 | Vergiqoyma | 3 | ||
ACC 860 | Mühasibat uçotunun informasiya sistemləri | 3 | ||
ACC 870 | Beynəlxalq maliyyə mühasibat uçotu təcrübəsi | 3 | ||
ACC 880 | Mühasibat uçotunda mütərəqqi mövzular | 3 | ||
FIN 880 | Mühasibat uçotu və maliyyə təhlili | 3 | ||
Menecment | Aşağıdakı fənlərdən beşi seçilməlidir: | |||
IB 820 | Beynəlxalq biznes | 3 | ||
MGT 825 | Menecment və qarşılıqlı beynəlxalq idarəetmə mühiti | 3 | ||
MGT 835 | Sahibkarlıq və biznes | 3 | ||
MGT 845 | İnsan qaynaqlarının idarə edilməsi | 3 | ||
MGT 848 | Liderlik, hakimiyyət və idarəetmə siyasəti | 3 | ||
MGT 855 | Korporativ qərarların qəbul edilməsi və modelləşdirilməsi | 3 | ||
MGT 890 | Qlobal təchizat və istehsal şəbəkəsinin menecmenti | 3 | ||
Beynəlxalq Biznes
Aşağıdakı fənlərdən beşi seçilməlidir: | ||
IB 810 | Müqayisəli biznes sistemləri | 3 |
LAW 810 | Beynəlxalq biznes hüququ | 3 |
IB 820 | Beynəlxalq biznes | 3 |
IB 825 | Beynəlxalq biznes mühiti | 3 |
MGT 825 | Menecment və qarşılıqlı beynəlxalq idarəetmə mühiti | 3 |
FIN 845 | Beynəlxalq maliyyə | 3 |
MKT 850 | Beynəlxalq marketinq | 3 |
MGT 890 | Qlobal təchizat və istehsal şəbəkəsinin menecmenti | 3 |
Enerji menecmenti | Aşağıdakı fənlərdən beşi seçilməlidir: | |
EMGT 830 | Enerji texnologiyaları və mühit | 3 |
EMGT 810 | Enerji iqtisadiyyatı | 3 |
EMGT 815 | Qlobal enerji təhlükəsizliyi və enerji geo- siyasəti | 3 |
EMGT 860 | Enerji layihələri, təchizat və istehsal şəbəkələrinin menecmenti | 3 |
EMGT 820 | Ətraf mühitin menecmenti | 3 |
EMGT 825 | Enerji resurslarının menecmenti | 3 |
EMGT 835 | Xəzər dənizinin enerji resursları və Xəzəryanı ölkələrin sosial inkişafı | 3 |
Ümumi MBA ( Biznesin idarə edilməsi) | İxisaslaşma fənlərinin siyahısından beş uyğun fənni seçin | 15 |
CƏMİ | 45 |
QEYD: Fakültə digər alternativ fənlər təklif edə bilər.
Dünya iqtisadiyyatı
Dünya iqtisadiyyatı proqramı iqtisadi təhlil, onun inkişafı və proqnozlaşdırılması, beynəlxalq ticarət və maliyyə problemlərinin qlobal inkişaf baxımından təhlilinə və makro səviyyədə uyğun idarəetmə qərarlarının qəbul edilməsinə dair biliklər aşılayır. Tələbələr müxtəlif biznes mühitində qərarların qəbul edilməsi üçün lazım olan bilikləri əldə edir, iqtisadi nəzəriyyəni və kəmiyyət üsullarını ətraflı öyrənirlər.
Proqramı bitirmək üçün tələbə 45 kredit toplamalıdır.
< width="156">MGT 828
CODE | COURSES | CREDITS |
MATH 820 | Statistika və ekonometrika | 3 |
ECON 830 | İdarəetmənin iqtisadiyyatı | 3 |
MGT 860 | Strateji idarəetmə | 3 |
MKT 850 | Beynəlxalq marketinq | 3 |
Beynəlxalq menecment | 3 | |
MGT 870 | Modelləşdirmə və optimallaşdırma | 3 |
ECON 825 | Dövlət sektorunun iqtisadiyyatı | 3 |
ECON 840 | İqtisadi inkişaf | 3 |
ECON 845 | İnsan qaynaqları və əmək bazarı | 3 |
FIN 845 | Beynəlxalq maliyyə | 3 |
FIN 855 | Vergiqoyma və vergi siyasəti | 3 |
ECON 855 | Makroiqtisadi analiz və proqnozlaşdırma | 3 |
ECON 880 | Beynəlxalq ticarət | 3 |
Seçmə fənlər | 6 | |
CƏMİ | 45 |
QEYD: Fakültə digər alternativ fənlər təklif edə bilər.
Magistr tezisi
Magistr proqramında nəzərdə tutulmuş 15 fənnin ikisini 6 kreditlik tezis ilə əvəz etmək olar.
Tezisə qoyulan tələblər və müdafiə qaydaları universitetin “Magistratura haqqında əsasnamə”sində ətraflı açıqlanıb.
Digər universitetlərdə toplanılmış kreditlərin qəbul edilməsi qaydaları
Magistr tələbə başqa ali məktəblərdə uyğun magistr proqramında topladığı kreditlərin köçürülməsi barədə müraciət edə bilər. Kreditlərin köçürülməsi barədə qərarı ixtisas kafedrasının təqdimatı əsasında fakültə dekanı verir. Köçürülən kreditlərin sayı proqramın 50%-dən çox ola bilməz. Ancaq “B” və daha yüksək qiymətlər olan fənlərin köçürülməsinə icazə verilir. Kreditlərin köçürülməsinə dair ətraflı məlumat universitə kataloqunun “Ümumi qaydalar və prosedurlar” bölməsində verilib.
PhD Proqramları
Məqsədlər və gözləmələr
PhD proqramının əsas məqsədi iddiaçıların iqtisadi və biznes araşdırmaları sahəsində bacarıqlarının yüksək səviyyədə inkişaf etdirilməsidir. Bu məqsədi nail olmaq üçün tələbələrə ixtisaslaşdığı sahədə dərin nəzəri bilikləri əldə etmək, uyğun tədqiqat metodologiyasına və kəmiyyət üsullarına yiyələnmək imkanları verilir. PhD proqramında təhsil alan tələbələrin baza bilikləri və məqsədlərindən asılı olaraq müxtəlif fərdi yanaşmalardan istifadə edilir.
PhD proqramı üzrə təhsil alan tələbələr apardıqları tədqiqatda peşə biliklərini, səriştə və məharətlərini nümayiş etdirməlidirlər. İmtahanların nəticələri, kurs işlərinin müdafiəsi, tədqiqatlar və müvafiq hesabatlar tələbələrin biliklərinin dərinliyini, əhatə dairəsinin genişliyini və elmi yaradıcılıq məharətini təsdiq etməlidir.
PhD tələbəsi ən azı 7 fənn olmaqla və dissertasiya da daxil olmaqla 32-60 kredit toplamalıdır. Xüsusi hallarda daha çox kreditlərin toplanılması tələb oluna bilər. Tələbənin orta qiyməti 80 və daha yüksək olmalıdır.
Tədqiqat sahələri Maliyyə, Menecment və İqtisadiyyatdır.
Tədris proqramı
Tədris proqramı biznesin idarə edilməsini və iqtisadiyyatın müxtəlif istiqamətlərini, tədqiqat üsulları və ixtisas fənlərini əhatə edir.
Dissertasiya
Dissertasiyaya qoyulan tələblər və müdafiə qaydaları “Doktorantura haqqında əsasnamə”- də ətraflı şərh olunur.